Başımıza gələn hər şey Allahdandır?
Müsəlmanlar > Fitvalar > Qəza-qədər Tarix: 21 Ekim 2019 Tövsiyə et Çap et
Sual: Qurana baxanda hər şeyin Allahın əlində olduğu və edilən yaxşılıqların da pisliklərin də Allahdan gəldiyi bildirilir. Əgər hər şeyi edən Allahdırsa, bizi nəyə görə mükafatlandırır və nəyə görə cəzalandırır?

Cavab: Əlbəttə hər şey Allahdandır. Ağacda olan yarpaq belə Allahın icazəsi olmadan düşməz. Quranda bu barədə belə buyurulmaqdadır:

“Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (Ənam, 6/59)

Bəziləri burada bəzi şeyləri Allaha yaraşdırmamaq üçün məsələn pis şeylərin, müsibətlərin Allahdan deyil, insanın özündən olduğunu deyərlər. İnsanları bu cür səhv təsəvvürdən daşındırmaq üçün Quranda Allah açıq-aşkar belə deyir:

“Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!”– deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!”– deyərlər. De: “Hamısı Allahdandır!” Bu adamlara nə olub ki, az qala söz də anlamırlar?” (Nisə, 4/78)

Lakin, burada belə bir sual yaranır:

Madəm, hər şeyi yaradan Allahdır və hər şey Onun icazəsi ilə həyata keçirsə, bizim burdakı rolumuzun və imtahan edilməyimizin mənası nədir?

Bunun cavabını yenə Quranın özündən tapmalı və hər hansı bir məsələni təktərəfli, yarımçıq götürüb hökm çıxarmamalıyıq. Allah belə buyurmaqdadır:

“Onlar bir pislik elədiklərində,” Dədələrimizi bunu edərkən gördük. Allah da bizə bunu əmr etdi.” deyərlər. De ki: “Allah pisliyi əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyləri deyirsizmi?”(Araf 28)

Bu ayədən də görürük ki, hər nə qədər yaxşı və pis şeylərin yaradıcısı Allah olsa da bunlardan birini seçib işləyən bizik. Bizim imtahanımız, bunlardan birini seçməkdir. Allah yaxşını seçməyimizi, pisdən də uzaq durmağımızı istəyir. Elə bunun üçün Quranda:

“Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) çoxunu bağışlayır.”- buyrulmaqdadır. (Şura, 42/20)

Verdiyiniz sualda və yuxarıdakı ayələrdə bildirilən “hər şeyin Allahdan gəldiyi, Allahın icazəsiylə olduğu və hər şeyin yazıldığı” məsələsində buna da diqqət etməliyik ki; Əməlimizlə bağlı biz, hər hansı bir işi yerinə yetirməyə çalışdığımız zaman mütləq bu işdə Allahın icazəsi, təsdiqi lazım olur ki, Allah təsdiq etdiyi anda yazıya keçirilir və həmin iş həyata keçir. Bax, yuxarıdakı Nisə 78-ci ayədə nəticə etibarilə ifadə edilən “Hamısı Allahdandır!” sözü buna dəlalət edir. Yəni, seçimi sən edib həyata keçirməyə çalışdığın anda Allah onu təsdiqləyib yazar. Təsdiqlənib yazılan şey isə Allahın deyil, sənin əməlinin nəticəsidir. Bunu ifadə edən ən açıq ayələrdən biri belədir:

وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ

 “Aləmlərin Rəbbi Allah təsdiqləmədən siz heç bir şey edə bilməzsiz” (Təkvir, 81/29)

Qəza-qədər barədə ətraflı məlumatı aşağıdakı linkdən görə bilərsiz:

https://www.youtube.com/watch?v=67hhvivKWA0

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ruzi, insanın çalışmağına bağlıdır yoxsa qədərinə? 18.06.18 425 dəfə oxundu
2 Allahın yazdığından başqası başımıza gəlirmi? 11.04.14 1.717 dəfə oxundu
3 İsa əleyhissəlamın axirətdə nə deyəcəyi əvvəlcədən məlum idi? 25.02.19 132 dəfə oxundu
4 Xərçəngə tutulmaq taledir, yoxsa düzgün qidalanmamaq? 02.07.14 2.709 dəfə oxundu
5 Cəhmiyyə 27.02.12 1.828 dəfə oxundu
6 Evlilər arasındakı problem qismətdənmi, yoxsa səhv seçimdən? 21.11.15 1.323 dəfə oxundu
7 Başımıza gələn hər şey Allahdandır? 21.10.19 112 dəfə oxundu
8 Quran meydana gələn hər şeyin yazıldığı bir kitabdır? 30.10.14 947 dəfə oxundu
9 İnsanın başına gələnlər Allah tərəfindən qabaqcadan müəyyənləşdirilir? 22.12.14 1.459 dəfə oxundu
10 “Nə edək, ən münasibi belə imiş!” demək qədər inancına müvafiqdir? 07.04.13 1.808 dəfə oxundu
11 Qəza-qədər məsələsi 24.02.13 4.141 dəfə oxundu
12 Bizim həyat yoldaşlarımız Allah tərəfindən qabaqcadan müəyyən edilir? 11.06.13 5.979 dəfə oxundu
13 Xızırın balaca bir uşağı öldürməyini nə cür başa düşmək lazımdır? 22.06.13 1.502 dəfə oxundu
14 Axirətdə kimin nə deyəcəyi bu dünyada müəyyən olunub? 29.06.13 1.992 dəfə oxundu
15 Xəstəliklər günahların kəffarəsidir? 28.01.14 2.147 dəfə oxundu
16 Hər şeyi yaradan Allah olduğuna görə şərri də Allah yaratmış olur? 14.01.15 1.017 dəfə oxundu
17 İnsanlar ancaq Allahın icazəsi ilə imana gəlirmi? 02.02.15 1.258 dəfə oxundu
18 Qədər yönündən, Bəqərə surəsinin 255-ci ayəsini necə başa düşməliyik? 06.06.15 1.019 dəfə oxundu
19 Bizim seçmədiyimiz şeylər qədərimiz deyilmi? 08.06.15 989 dəfə oxundu