Müsəlmanlar

Axirətdə hər insan mütləq cəhənnəmə girəcəkmi?

Sual: Axirətdə hər insan mütləq cəhənnəmə girəcəkmi?

Cavab: Xeyr, axirətdə cəhənnəmin səsini belə eşitməyəcək olan şəxslərdən bəhs edilir:

“Onlar onun uğultusunu belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar.”[1]

Bunların əsasən Nəbilərdən, şəhitlərdən və salihlərdən olduğu bildirilir.[2]

Cəhənnəmə girəcək olanların kimlər olduğunu isə aşağıdakı ayə belə xəbər verir:

Rəbbinə and olsun ki, Biz onları (ğayy/böyük günahı işləyənləri) şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik. Sonra hər firqədən Rəhmana ən çox asi olanı çıxardacağıq. Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq.” (Məryəm 19/66-70)

Qurani Kərim, bu cür insanlara yönələrək, sonrakı ayədə belə buyurmaqdadır:

“Sizdən oraya (cəhənnəmə) getməyən qalmayacaqdır. (Bu,) Rəbbinin müəyyən etdiyi qəti bir qərardır.” (Məryəm 19/71)

Yəni hər insana oranın nə olduğu göstəriləcəkdir və sonra oradan birbaşa cənnətə gedəcək olanları yuxarıda göstərdik.

Məryəm surəsinin 86-87-ci ayələrində günahkarlar barədə isə belə bəhs edilməkdədir:

“Günahkarları, cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik. Rəhmandan əhd almış kəslərdən başqaları şəfaətə nail  olmazlar.” buyurulmaqdadır.

Ayədə “Rəhmandan söz almış olanlar” ifadəsindən qəsd edilənlər, özlərini şirkdən qoruyan günahkar möminlərdir ki, onları Uca Allahın şəfaətiylə cəhənnəmdən çıxarılacaqdır. Çünki Allah Təala belə buyurmuşdur:

إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء

“Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.” (Nisə 4/48,116)

Beləliklə, Quranda hər insanın mütləq cəhənnəmə girməyəcəyi bildirilməkdədir.

Oxşar sual-cavab üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/6725.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Ənbiya, 21/102.

[2] Bax, Vaqiə, 56/10-12; Bax: Nisə, 4/57; Bax, Tövbə, 9/111.