Müsəlmanlar

Müsəlman olmayan hər kəs cəhənnəmə gedəcəkmi?

Sual: Yaxşılıq edən və Allaha inanan qeyri-müslimlər cəhənnəmlik olacaqlarmı?

Cavab: Müsəlman olmaq, Allaha inanıb təslim olmaqdır. Yer üzündə Allaha inanmayan heç kim yoxdur. Fəqət inandıqdan sonra insanların bir çoxu Allahdan gələn həqiqətlərə deyil, öz istək və arzularına təslim olurlar.

Allahdan gələn həqiqətlərin üstünü örtüb, özlərinin uydurduqlarına sarılanlar və halal-haram demədən öz istədikləri kimi yaşayanlar dində kafir adlanır. Bəziləri isə təkcə ibadət qisminə sarılır lakin, digər məsuliyyətlərdən daşınırlar. Bu səbəblə təkcə inanmaqla və ibadət etməklə hər şey bitmiş sayılmaz. Kamil insan yəni, həqiqi müsəlman həm ibadəti həm də insanlara sədaqəti olandır. Quranda bu barədə belə buyurulur:

“İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?” (Ənkəbut, 29/2.)

“Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.” (Mülk, 67/2.)

Hər ümmətdən Allah’ın birliyinə inanıb, ona şərik qoşmayan insanlar mövcuddur. Bunlar ümumilikdə ərəbcə “Müsəlman” adlanır. Allah kitabında Özünə vasitəçi, şərik qoşmayan insanların isə bağışlana biləcəyini bildirir:

“Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqasını isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.” (Nisə, 4/116)

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7755.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.