Müselmanlar

Quranda keçən “ hurufu mukatta”ların mənası nədir?

Sual: Bəzi surələr hurufu mukatta yəni, bağlayıcı olmayan hərflərlə başlayır. Bu hərf birləşmələrinin hər hansı bir mənası varmı?

Cavab: “Hurufu Mukatta” tək-tək, bağlamından uzaq olan hərflər deməkdir. Məsələn, Əli kəliməsini “Ə. l. İ.” olaraq tələffüz etmək kimi.

Qurani Kərimin 29 surəsinin başında hərflərin təkbaşına ya da birbirinə birləşmiş formada yazıldığını görürük. Bunlar heca ilə oxunur.

Bu hərflərin bəzi surələrin başında gəlməsi, diqqət çəkmək üçündür. Ərəblər, belə bir üsula bəzi hallarda baş vururdular və Allah da bu üsulla onların diqqətini sonra deyiləcək sözlərə yönəldir. Həmin cəmiyyətdə belə bir diqqət çəkmə yayğın olduğu üçün səhabədən heç kim bu hərflərin nə mənaya gəldiyini soruşmamışdılar. O dövrdə Qurana qarşı çıxan müşriklər də bu nə olan şeydi? Həm Quranın “Mubin=açıq” olduğunu iddia edirsiz həm də başa düşülməyən kəlimələr işlədirsiz deyə, etiraz etmədilər.

Bizdə də buna bənzər üsullar mövcuddur. Məsələn, İnsanların özümüzə yönləndirmək üçün “ey! diqqət! diqqət! bir dəqiqə!, ay camaat!” hətta mikrofonu əlimizə alanda “bir, bir, iki” deyə, səs çıxarırıq.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/5573.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Bizi izləyin