Müsəlmanlar

Təhiyyat duası, Allahın Nəbimizlə Meracdakı salamlaşmasıdır?

Sual: Deyilənə görə, namazda oxuduğumuz təhiyyat duası, peyğəmbərimizin Meraca qalxanda Allahla aralarındakı qarşılıqlı salamlaşmasından yaranıb. Bu yorum, doğrudurmu?

Cavab: Xeyr, bu, bizim Uca Allaha bağlılığımızın simgəsidir. Təhiyyat duası və mənası belədir:
التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ﴿﴾السَّلامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ ﴿﴾السَّلامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ ﴿﴾ أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ ﴿﴾ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ

“Yaxşılıqlar, gözəlliklər, maddi və mənəvi edilən bütün ibadətlər yalnız Allah üçündür. Ey Nəbi! Allah’ın salamı, rəhməti və bərəkəti sənin üzərinə olsun. Salam, bizim və Allah’ın salih qullarının üzərinə olsun. Mən şəhadət edərəm ki, Allahdan başqa ilah yoxdur və şəhadət edərəm ki, Mühəmməd (a.s.) Onun qulu və elçisidir.”

Bu sözlərin, peyğəmbərimiz meraca qalxanda Allahın hüzurundakı qarşılıqlı dialoqdan yarandığı rəvayət edilir. Duanı təkrar diqqətlə oxuyun:

Bu duada: “Əssəlamu aleykə=Sənə salam olsun!” ifadəsini Allah deyil, biz deyirik. Eyni zamanda şəhadəti də Nəbimiz yox, bir edirik və “Mən şəhadət edərəm ki”- deyirik. Fəqət, mənbələrdə bu ifadə, Allah ilə Peyğəmbərimizin Meracda qarşılıqlı salamlaşması deyə, yorumlanır ki, biz buna qatılmırıq.

Dua və salavat barədə oxşar sual cavab üçün aşağıdakı linkə tuşlaya bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/2498.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.