Müsəlmanlar

Şəhidlər diridir və onları Allahla araya vasitəçi qoymağın hökmü nədir?

Sual: Şiəlikdə Allah ilə araya imamlar aracı olaraq qoyulur. Onlara: “Nə üçün Allah ilə öz aranıza vasitəçi qoyursunuz?”-deyə soruşanda, onlar: “İmam Əli, İmam Hüseyn kimi imamlar Allah qatında diridirlər, şəhiddirlər. Biz onlardan istəyəndə onlar Allaha bunu çatdırırlar.” Bu sözlər nə qədər doğrudur?

Cavab: Səhabə, peyğəmbəri nə həyatda ikən nə də öldükdən sonra Allahla araya vasitəçi qoymadı. Belə bir vasitəçiliyin kiminlə olur olsun edilməsi Quranda şirk olduğu bildirir. Quranda “şəhidlər diridir lakin siz bilməzsiz” sözü, istər şəhidləri təltif məqsədiylə məcaz olaraq işlədilsin istər həqiqi mənada işlədilsin, Allah onları Özü ilə aramıza vasitəçi qoymağın qadağasını qaldırmır ki?

Allah, bizə can damarımızdan və sinir toxumalarımızdan daha yaxındır. Onu özümüzdən uzaq tutub hər hansı bir bəşərə yönəlməyimiz, Allahla aramıza şərik qoşmaq deməkdir. Quranda tənqid edilən də elə bu düşüncədir və elə məhz bunun şirk olduğu bildirilir. Zümər surəsinin 3-cü ayəsində bu cür düşüncəyə sahib insanlar belə ifşa edilir:

“Dini sırf Allaha məxsus edin! Allahla özləri arasına qoyduqlarını özlərinə himayəçi tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.”

Müsəlman, sırf Allaha təslim olan və özü ilə Allah arasına heçbir şeyi və heçbir şəxsi qoymayandır.

Oxşar sual-cavab üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/tedqiqatlar/6659.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.