Müsəlmanlar

Bir müsəlmanın Qurandan gündə ən az bir ayə oxuması fərzdirmi?

Sual: Müzzəmmil surəsinin 20-ci ayəsini oxuyanda hər gün Qurandan müəyyən bir surənin oxunmasının şərt olduğu qənaəti hasil olur. Buna görə hər gün biraz Quran oxumaq fərzdirmi ya da bu əmri necə başa düşməliyik?

Cavab: Verdiyiniz sualdakı ayənin tərcüməsi belədir:

“Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi (bəzən) gecənin üçdə ikisindən az, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyən­­ləşdirir. O, sizin bunları yerinə yetirməkdə çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə Qurandan (sizə ) asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. (Bu dünyada) qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!”

Quranı biz, başa düşmək üçün oxumalıyıq. Biz, müsəlmanlığımız ecabı Allah’ın əmrlərindən biri olan namazı qılanda gündə beş dəfə Qurandan müəyyən ayələri oxuyuruq. İstər namazda istər başqa zamanlarda oxuduğumuz ayələri başa düşmək məcburiyyətindəyik. Əksi təqdirdə (mənəvi həzz xaricində) heçbir bilik əldə edə bilmərik. Müsəlmanları həlak edən əsas şey, oxuduqlarını anlamamaq və onu həyata keçirməmək olmuşdur.

Qısacası biz, Quranı təkcə üzündən anlamadan oxumaqla deyil, onu həyatımıza əks etdirməklə dünya və axirətimizi abad edə bilərik.

Buna bənzər sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6373.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.