Bizim bu dünyada qayəmiz Cənnəti qazanmaqdır yoxsa Allah rizasını?
Müsəlmanlar > Fitvalar > Ölümdən sonrakı həyat Tarix: 07 avqust 2009 Tövsiyə et Çap et
Sual: Bizim bu dünyada qayəmiz Cənnəti qazanmaqdır yoxsa Allah rizasını? Qısaca, bizim məqsədimiz Cənnəti qazanmaq olmalıdır? Ya da sualımı belə soruşum: Biz Allahdan qorxduğumuz üçün, Onu sevdiyimizə görə, yoxsa qəbir əzabı çəkməkdən qorxduğumuza görə ibadət etməliyik?

Cavab: İbadət Allaha ürəkdən, istəyərək yönəlmək və itaət etmək deməkdir. Allahın əmr və qadağalarına tabe olmaqda ən böyük məqsəd Allahın rizasını qazanmaqdır. Amma bəndələr eyni zamanda Allahdan qorxduqları üçün də ibadət edirlər. Bununla yanaşı, Allahın verməyi vəd etdiyi mükafatları almaq üçün də Ona ibadət etmək lazımdır.

Allah Təala Qurani-Kərimdə belə buyurur:

“Rəbbinizdən olan məğfirətə (bağışlanmağa) və eni göylərlə yer qədər olan Cənnətə (qovuşmaq üçün) yarışın. O, müttəqilər üçün hazırlanmışdır”.1

Bu ayədən belə başa düşülür ki, məğfirət və Cənnəti qazanmaq bir möminin məqsədidir. Başqa sözlə, mömin bunlara qovuşub çatmaq üçün var gücüylə çalışmalıdır.

Başqa bir ayədə isə hədəflər Allahın mərhəmət və rizası və yenə Cənnəti qazanmaq olaraq göstərilib:

“Rəbləri onları Özündən bir mərhəmət, bir riza (razılıq) və içərisində onlar üçün bitməz-tükənməz nemətlər olan Cənnətlə müjdələr”.2

Allah Təala digər bir ayədə bildirir ki, məqsədlərin ən böyüyü Onun rizasıdır:

“Allah mömin kişi və qadınlara içində əbədi qalmaq üzrə altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etdi. Allahın rizası isə hamısından böyükdür. Böyük qurtuluş da budur”!3

Bunların hamısı nəticə etibarilə bir-biri ilə sıx əlaqədardır. Cənnət üçün çalışan onsuz da Allahın rizasını qazanmaq üçün çalışır. Allahın rizasını qazanmaq üçün çalışan da həm onun mərhəmətini, həm də Cənnəti qazanmaq üçün çalışır. Lakin bu hədəf və məqsədlərin ən ucası əlbəttə ki, Allahın razılığını qazanmaqdır.

  1. Ali-İmran, 3/133. []
  2. Tövbə, 9/21. []
  3. Tövbə, 9/72. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Biz Cənnətdə Allahı görə biləcəyik? 10.03.10 899 dəfə oxundu
2 Ölüyə Quran tapşırmaq 11.03.11 1.136 dəfə oxundu
3 Üç aylarda vəfat edənlər həqiqətən də, haqq-hesaba çəkilmirlər? 07.01.10 645 dəfə oxundu
4 Axirətdə günahkar möminlərin vəziyyəti necə olacaq? 22.01.10 547 dəfə oxundu
5 Bizim bu dünyada qayəmiz Cənnəti qazanmaqdır yoxsa Allah rizasını? 07.08.09 420 dəfə oxundu
6 Cənnət və Cəhənnəm əbədidir? 16.04.10 509 dəfə oxundu
7 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 529 dəfə oxundu
8 Axirət günü ilə Qiyamət günü eyni gündür, yoxsa ayrı? 27.04.10 695 dəfə oxundu
9 Ölüm qorxusu 16.12.10 813 dəfə oxundu
10 Deyirlər ki, dünya axirətin tarlasıdır. Bunu necə izah etmək olar? 04.08.09 389 dəfə oxundu
11 İnsan ürəyindən keçən şeylərə görə cavabdehdir? 11.02.11 449 dəfə oxundu
12 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 403 dəfə oxundu
13 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 482 dəfə oxundu
14 Cənnətdə hamı Allahı görəcək? 04.03.11 365 dəfə oxundu
15 Ölünün dalınca Quran oxumağın nə mənası var? 20.03.11 427 dəfə oxundu
16 Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar? 18.04.11 279 dəfə oxundu
17 Ölünün dalınca verilən nəzirin savabı ölüyə çatır? 27.04.11 357 dəfə oxundu
18 Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir? 01.07.11 271 dəfə oxundu
19 Ana bətnində ölən körpələr Cənnətə daxil olacaqlar? 27.10.11 242 dəfə oxundu