Son Nəbinin Ərəb olması İsrailoğullarının xətasına görəmiydi?
Müsəlmanlar > Fitvalar > İsrail oğulları Tarix: 23 Ağustos 2019 Tövsiyə et Çap et
Sual: Bütün möcüzələrə baxmayaraq, İsrailoğullarının İsa əleyhissəlama iman etməməsi nəticəsində nəbiliyin onlardan alınaraq, İsmail əleyhissəlamın nəslindən gələn birinə verilməsini, onların həlak edilməsi kimi başa düşə bilərikmi?

Cavab: Nəbiliyin onların nəslindən alınıb, İsmail əleyhissəlamın nəslinə verilməsi deyə, bir hadisə yoxdur. Nəbiliyin son Nəbi olan Muhəmməd əleyhissəlama verilməsi, əvvəlcədən məlum idi və bu, İsrailoğullarına nazil olan Tövratda belə yazılı idi.

Uca Allah, Quranda Araf surəsinin 157-ci ayəsində belə xəbər verir:

“O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin –ümmi bir Nəbinin ardınca gedərlər. O (Nəbi) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”.

Əslində Quranı diqqətlə araşdırarsaq, son Nəbinin Məkkədən çıxacağını göstərən ayələri də görə biləcəyik.

Bənzər sual-cavab üçün aşağıdakı linkə baxa bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/7516.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Son Nəbinin Ərəb olması İsrailoğullarının xətasına görəmiydi? 23.08.19 79 dəfə oxundu
2 İsanın möcüzələrini inkar edən yəhudilər niyə həlak olmadılar? 04.03.19 88 dəfə oxundu