Müsəlmanlar

Uşaqlara Rəsul adını qoymaq olarmı?

Sual: Uşaqlara Rəsul adını qoymaq olarmı?

Cavab: Rəsul, elçi deməkdir. Belə bir adın qoyulmasında heçbir problem yoxdur. Uşaqlara Rəsulullah adını isə qoymaq doğru deyil. Çünki, Rəsulullah sözünün mənası Allah’ın elçisi deməkdir. Allah’ın elçisi isə xüsusi olaraq seçilən, Nəbi məqamına gətirilən və sonra da ona vəhy nazil olan şəxsə deyilir.

Bilavasitə, uşağınıza belə bir məqam və vəhy verilmədiyi üçün ona bu cür ad verməyiniz doğru olmaz. Belə bir təşəbbüs eyni zamanda, həm dinimizi ələ salmağa yol açar həm də Allaha iftira sayılır.

Nəticədə; Rəsul elçi mənasına gəlir, Rəsulullah isə Allah’ın elçisi deməkdir. Bu ikisinin arasını yaxşı ayırd etməli və dinimizə hörmətlə yanaşmalıyıq. Belə edərsək, dinimizə ləkə vurmaq istəyən və bu cür kəlimələrlə (mən Allah’ın elçisiyəm deyərək) insanları aldadanlara da fürsət vermərik.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7502.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.