Müselmanlar

Qüdsi hədislərə baxışımız necə olmalıdır?

Sual: Qüdsi hədislərə baxışımız necə olmalıdır?

Cavab: Bizim bütün hədislərə baxışımız, Qurani Kərimə uyğun olub-olmaması ilə ölçülür.

Hədisi-qüdsi, ləfzi/sözü Rəsulullahdan və mənası Allahdan olan hədislərə deyilir. Bu hədislər, Rəsulullahın “Allah belə dedi” ifadəsi ilə başlayır. Allah’ın dediyi sözlər isə Quranda ifadə edilməkdədir. Bu səbəblə, Qurandan ayrı olaraq ifadə edilən hədisi qüdsilərin əsli, Rəsulullahın Qurandakı ifadələri təkrar dilə gətirməsidir. Bunu biz də dilə gətiririk: “Allah namaz qılmağı əmr etmədimi? Zinanı haram etmədimi?, Allah belə dedi, elə dedi” kimi ifadələr işlədirik.

Rəsulullahın da o cümlədən xatırlatdığı sözləri “hədisi-qüdsi” deyə bizə nəql etmişlər. Halbuki, bu hədislər əslində ayrı bir hədis sahəsinə daxil deyildir. Bunların da rəsulullaha nisbət edilən uydurmaları və səhihləri vardır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/5247.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Bizi izləyin