Müselmanlar

Bir məsələdə din elmə zidd olarsa, necə hərəkət edilməlidir?

Sual: Bir məsələdə din elmə zidd olarsa, necə hərəkət edilməldir?

Cavab: Belə bir ziddiyyət, həqiqi dinin və həqiqi elmin mahiyyətini idrak etməməkdən irəli gəlir. Çünki bizə din kimi ya da elm kimi görünən bir çox məsələlərin həqiqi dinlə və ya elmlə əlaqəsi olmaya bilər.

Din, Allaha və xəlq etdiklərinə qarşı insanların doğru yanaşma tərzi/məsuliyyətidir. Bir insan öz sahəsində Allahın xəlq etdiklərini doğru şəkildə ortaya qoyursa və düzgün qiymətləndirirsə, o sahədəki elmini ortaya qoymuş deməkdir. Yəni elm, dinin bir sahəsidir.

Elm sahəsindəki hər hansı bir məsələ ilə dinin uyğun gəlmədiyi və ya dini bir məsələnin elmlə uyğun gəlmədiyi sadəcə fərz/xəyal edilə bilər. Bizə ziddiyyət kimi görülən məsələlər, hər iki sahənin elm adamlarıyla birgə müzakirə edilərsə və araşdırma aparılarsa, hansı sahədə xəta edildiyi ortaya çıxar və həqiqət öz yerini tapmış olar.

Bu barədə ətraflı məlumatı aşağıdakı video dərsdən ala biləsiz:

http://www.muselmanlar.com/elanlar-xeberler/5973.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Bizi izləyin