Müsəlmanlar

Haram aylar, Məkkə müşrikləri tərəfindənmi icad edilib?

Sual: Haram aylar, Məkkə müşrikləri tərəfindənmi icad edilib?

Cavab: Qurana baxaq görək haram ayların, Allah tərəfindənmi yoxsa, Məkkə müşrikləri tərəfindənmi icad edilmişdir. Uca Allah belə buyurur:

“Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu ) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir.” (Tövbə, 9/36).

Ayədən gördüyümüz kimi Allah, göyləri və yeri yaradan gündən etibarən ayların sayısını 12 və bunlardan 4-nün haram ay olduğunu bildirmişdir. Yəni, bu 4 ay beynəlxalq sülh, güvən ayları olaraq təyin edilmişdir. Lakin, insanların çoxu buna rəayət etmirlər. Bəziləri də bu ayların o zamanın Məkkə müşriklərinə ya da Ərəblərə məxsus aylardan ibarət olduğunu, müasir dövrümüzdə isə buna ehtiyac qalmadığını iddia edirlər. Bu da onların Allah’ın kitabına layiqi dəyəri vermədiklərini, Quranın dünyada yeganə həlledici bir mənbə olduğuna inanmadıqlarını göstərir.

Haram aylar barədə ətraflı məlumat almaq istəyənlər aşağıdakı video dərsi izləyə bilərlər:

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.