Müsəlmanlar

Dövlətin bazara müdaxilə etməsi, alverçilərə cəza kəsməsi doğrudurmu?

Sual: Mallarına ikiqat hətta üç-dörd qat qiymət qoyurlar deyə, satıcılara və ya brokerlərə  cəza kəsilir. Bu nə qədər doğrudur və Quranda bu barədə nə deyilir?

Cavab: Sərbəst bazara müdaxilə, ticarətə müdaxilə deməkdir ki, belə bir şey, Qurana da Peyğəmbər əleyhissəlamın tətbiqatlarına da ziddir:

Quranda əsas olan, bir malın batıl və haram  yolla əldə edilməməsidir. Əgər belə bir hal baş verməmişsə, dövlət bir insanı sən bu malı filan qiymətə sat deyə məcbur edə bilməz. Ayə belədir:

“Ey iman gətirənlər! Aranızda qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, mallarınızı aranızda batil yolla (haqsızlıqla və haram yolla) yeməyin və özünüzü (bir-birinizi) öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir.” (Nisə 29).

Bir gün Rəsulullah əleyhisəlama gəlib deyirlər ki, “ey Allahın rəsulu! Qiymətlər bahalandı. Bir qayda qoy yəni, qiymətləri bir həddə bağla! Rəsulullah deyir ki, artıran, azaldan Allah Təaladır. Mən Allahın hüzuruna hər hansı birinizin haqqı boynumda getmək istəmirəm.”[1]

Bir yerdə sərbəst bazara müdaxilə edilərsə, qıtlıq və bahalıq baş alıb gedər. Çünki, belə bir halda həmin yerə mal daşınması və mübadiləsi çətinləşir, insanlar mallarını özlərinə sərf edən yerə daşıyar ya da öz malını saxlayar. Nəticədə, bahalılıq daha da artar.

Əgər bir yerdə malın qiyməti yüksəlibsə və orda sərbəst ticarət varsa, hər kəs oraya öz malını aparar və qiymətlər öz-özünə düşməyə və hamının ala biləcək səviyəyə gələr. Lakin siz bazara müdaxilə edib, qiymətləri düşürməyə çalışdığınız təqdirdə, yenidən mal qıtlığı başlayar və qiymətlər yüksələ bilər. Qiymətlərə müdaxilə var deyə satıcı da malını oraya götürməz və qıtlıq yenidən baş göstərir.

Oxşar sual və cavablara baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/faiz-ve-kredit/6576.html

http://www.muselmanlar.com/fitvalar/7573.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Əbu Davud, “Büyü” 51; Tirmizi, “Büyü” 73.