Müsəlmanlar

Qadınların bayram namazında iştirak etməkləri vacibdirmi?

Sual: Bizdə bayram günü qadınların məscidə getmələrinə və kişilər kimi bayram keçirmələrinə xoş baxmırlar. Bəyəm qadınlara bayram namazı vacib deyil?

Cavab: Qadınların da kişilər kimi bayram namazını qılmağa və onu qeyd etməyə haqları vardır. Bunu Rəsulullaha nisbət edilən aşağıdakı rəvayətlərdən də görməkdəyik:

Ümmi Ətiyyə, Rəsulullahdan: “Hər iki bayram günündə bizə verilən əmr; adətli qadınları, qızları evdən çıxarmağımız və bayram yerinə gətirməyimiz idi. (Buxari və Müslüm)

Rəvayətdən görüldüyü kimi bir qadın, adətli belə olsa bayramda məscidə gəlməyə təşviq edilir.

Digər bir rəvayətdə:

 “Rəsulullah (s.a.s): “Qadınlarınız sizdən Məscidə getmək üçün icazə istədikləri zaman onlara mane olmayın”, buyurdu.

Rəvayət edən deyir ki:

Səhabədən Abdullah ibn Ömər bunu bizə nəql edəndə oğlu Bilal ibn Abdullah: ‘Vallahi biz qadınlara şübhəsiz mane olacayıq” dedi. Bunun üzərinə atası Abdullah ona döndü və çox pis şəkildə oğlunu azarladı, onun bu cür pis azarladığını heç vaxt eşitməmişdim.

Sonra bunu əlavə etdi:

Mən Nəbimizdən xəbər verirəm, halbuki sən, “vallahi biz onlara mane olacayıq” deyirsən.” (Müslüm 442/135, İbni Macə 16.)

Nəticə olaraq, Allahın və elçisinin təşviq etdiyi bir işə heç kimin maneə törətməyə ixtiyarı yoxdur.

Oxşar sual-cavab üçün aşağıdakı linklərə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6599.html

http://www.muselmanlar.com/fitvalar/7749.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.