Müsəlmanlar

“Sənə gəlib bağışlanma istəsələrdi” ayəsi vəsiləyə dəlil deyilmi?

Sual: Quranın Nisə surəsi 64 və Yusuf surəsi 97-ci ayələrini dəlil alaraq Allah ilə araya bir başqasını vəsilə etməyin şirk deyil, tam tərsinə bir tövsiyə olduğunu irəli sürürlər. Təvəssül, yəni vəsilə qılmaq şirk deyilmi?

Cavab: Allah ilə insan arasına vasitəçi qoyanlar aşağıdakı ayəni dəlil göstərirlər:

“Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və elçi də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.” (Nisə, 4/64)

Ayəni diqqətlə oxuduğunuz zaman bağışlanma istəyinin Elçidən deyil, Allahdan istənildiyini görürük. Quranda da: “gəlib Allahdan bağışlanma diləsəydilər və Elçi də onlar üçün bağışlanma diləsəydi”– buyurulur. Onlar elçidən deyil, Allahdan bağışlanmalarını istəyir və birlikdə dua edirlər. Bunu biz də edirik; həm namazda həm də gündəlik həyatda bir-birimizə dua edirik və bir birimizdən Allahdan bağışlanma duası istəyirik.

Biz bu iki vəsiləylə Allahın rizasını qazana bilərik: Dua və Xeyirli əməllər (Allahın buyruqları).

Bunu da başa düşməliyik ki; Əgər Allahın buyruqlarını yerinə yetirmiriksə, duanın da tək başına bir əhəmiyyəti olmayacaqdır.

Vəsilə haqqında ətraflı məlumat istəyənlər aşağıdaki linklərə baxsınlar:

https://www.youtube.com/watch?v=9cNE67bK1_4&t=36s

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.