Müsəlmanlar

Müsəlmanların sünni və şiə deyə ayrılmalarının səbəbi nədir?

Sual: Müsəlmanların sünni və şiə deyə iki qrupa ayrılmalarının səbəbi nədir?

Cavab: Müsəlmanların bu iki əsas qrupa ayrılmaqlarında ən böyük səbəb;  onların başlarına gələn tarixi hadisələr və hakimiyyət uğrunda aparılan mübarizələrdir.

Nə Sünnilik nə də şiəlik özbaşına səbəbsiz yerə ortaya çıxmamışdır. Sünniliyin meydana gəlməsində şiəliyin, şiəliyin meydana gəlməsində də sünniliyin təsiri böyükdür.

Bu yaranan qruplar sonradan sistemləşib siyasi xarakter almışdır. Hakimiyyətdə olan qüvvələr bu iki firqə arasında uçurumu daha da dərinləşdirmişlər. Hər bir tərəf özünü haqlı göstərmək üçün bu tarixi hadisələrdən ya da Qurandan və hədislərdən dəlillər gətirməyə, dəlil olmayınca da onu uydurmağa başlamışlar. Beləliklə Quran, öz əqidələri əsasında təfsir edilmiş, öz əqidələri əsasında hədislər alınmış və nəticədə yeni din, yeni məzhəb ortaya çıxarılmışdır.

Bu iki məzhəb haqqında ətraflı məlumat üçün saytımızın aşağıdaki linkinə baxın:

http://www.muselmanlar.com/elanlar-xeberler/6240.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.