- Müselmanlar - http://www.muselmanlar.com -

İnsanların ruhları hələ də bizimlə bərabərdirmi?

Cavab: Uca Allah, Zümər surəsi 42-ci ayəsində ruhların insandan necə ayrıldığını belə bildirir:

“Allah nəfsləri (bədən və ruh) ölüm anında, ölməyənlərin isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin (ruhunu) saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır.” (Zümər, 39/42).

Ayədə ifadə edildiyi kimi, bir insanın ölümünə qərar verildiyi zaman həmin insanın ruhunu alır və saxlayır. Artıq geri qaytarılmır. Həmin ruhu axirət günü yenidən özünə qaytarılır.

Allahın bu qanunu bütün insanlar üçün eynidir, o cümlədən peyğəmbərlərin ruhu da Allah tərəfindən alınmış və bizim bilmədiyimiz bərzah aləmində saxlanılmışdır.

Ölmüş insanların ruhlarının bizimlə bir əlaqəsinin olduğu haqda isə heç bir dəlil yoxdur və o cümlədən “filan insanın ruhu bizimlə bərabərdir” kimi sözlər, bunlar tamamilə insanların öz aralarında təsəlli tapmaqları və duyğularını istismar etməkləri üçün dilə gətirilir. Bu haqda Qurani Kərimdə belə buyurulur:

“Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır.” (Möminun, 23/99-100).

Oxşar sual-cavabı öyrənmək üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6158.html [1]

Yeni suallarınızı: http://www.muselmanlar.com/ [2] elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] [3] email adresindən yollaya bilərsiniz.