Meyyiti yuyandan sonra qüsl almaq lazımdırmı?
Müsəlmanlar > Fitvalar > Qüsl Tarix: 15 Mart 2019 Tövsiyə et Çap et
Sual: Bəzi mollalar, meyyit yuyan bir adamın ya da ona toxunan adamın murdarlandığını və bu səbəblə qüsl alması lazım olduğunu deyirlər. Bu deyilənlər düzdür?

Cavab: Belə deyənlər, dinimizə özlərindən əlavə qatanlardır. Bunu etməklə öz düşüncələrinə görə güya; dində titizliyə rəayətin, təmizliyin və ya təqvanın əhəmiyyətini aşılamağa çalışırlar. Lakin, belə etməklə dində özlərindən nə qədər əlavələr, çətinliklər törətdiklərini idrak etmirlər.

Dinimizin əsaslarını bildirən tək mənbəyimiz Allahın kitabıdır və bunu həyatına tətbiq edən Allahın elçisidir ki, biz də onu nümunə alırıq. Bu səbəblə biz, Allahın kitabında olan və bu kitaba tərs görülməyən peyğəmbər tətbiqatlarını/sünnəsini mənimsəyib, həyatımıza bir müsəlman olaraq əks etdirməliyik. Amma, bu mənbədə olmayan və peyğəmbər adından ona tərs olan şeyləri götürmək, dinə əlavə qatmaq və bidat işləməkdir. O cümlədən sizə bildirilən; “meyyitə toxunan birinin qüsl alması lazımdır” sözü, dinimizə qatılan bir əlavədir. Çünki, dinimizin mənbəyində qüslün hansı hallarda alınacağı açıq-aşkar bildirilmişdir.[1]

Belə bir düşüncə, yəhudi din xadimlərinin və məcusi mollalarının təsiriylə bizim dinimizin mollalarına keçmişdir. Məsələn, Yəhudilər, ölmüş hər hansı bir şeyə toxunan birinin pis sayıldığı və yuyunması lazım olduğuna inanırlar. (Bax, Əhdi Ətiq “Levililər”, 15/16.).  Məcusilərin kitabı Avestada belə yazılır: “Ölmüş şəxsə toxunan, it, toyuq və milçək öldürən hər kəs pis sayılmaqda və günah işlədiyi qəbul edilməkdədir.” (Avesta, “Vendidat b.18”)

Qüslün hansı hallarda alınması barədə məlumatı aşağıdaki linkdən əldə edə bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/7693.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Maidə, 6; Nisə, 43.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 15.652 dəfə oxundu
2 Təkcə öpüşməklə qüsl vacib olur? 17.03.11 87.570 dəfə oxundu
3 Namaz qılmayan müsəlmanların qüsl etməkləri vacibdir? 03.07.10 22.817 dəfə oxundu
4 Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər? 21.03.11 3.025 dəfə oxundu
5 Ginekoloji yoxlamadan sonra qüsl 18.07.10 5.785 dəfə oxundu
6 Cünub şəxsin toxunduğu şeylər murdar hesab olunur? 27.04.11 9.030 dəfə oxundu
7 Cinsi əlaqədən sonra növbəli qüsl 25.11.10 28.105 dəfə oxundu
8 Qüsl almağın qaydası 27.05.11 279.019 dəfə oxundu
9 Qüsldən sonra namaz qılmaq olar? 11.03.10 20.952 dəfə oxundu
10 Cinsi əlaqədən sonra qüsl üçün addımlamaq 25.11.10 22.581 dəfə oxundu
11 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 8.404 dəfə oxundu
12 Spermanın yerindən qopmağı qüslü vacib edir. Bu nə deməkdir? 04.03.10 15.350 dəfə oxundu
13 Qüsl vaxtı hörükləri açmaq lazımdır? 25.11.10 6.215 dəfə oxundu
14 Qüsl vaxtı hamamda çox qalmaq və vəsvəsə halı 07.07.09 7.742 dəfə oxundu
15 Dişlərdə plomb, dəstəmaz və qüsl 07.07.09 5.237 dəfə oxundu
16 Qüsldən sonra bədəndə quru yer qalıbsa, təzədən yuyunmaq lazımdır? 18.01.11 4.829 dəfə oxundu
17 Qüsldən sonra məni gəlsə, təzədən yuyunmaq lazımdır? 02.09.11 10.912 dəfə oxundu
18 Cinsi əlaqədən sonra qüslü nə qədər gecikdirmək olar? 27.01.10 70.852 dəfə oxundu
19 Cinsi əlaqə və qüsl 07.07.09 30.503 dəfə oxundu
20 Sonsuzluğa qarşı peyvənddən sonra qüsl vermək lazımdır? 09.02.12 5.102 dəfə oxundu
21 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 6.244 dəfə oxundu
22 Qüsl vaxtı ağız və burnu yumaq vacibdir? 21.01.11 13.019 dəfə oxundu
23 Qonaq getdikdə qüslü necə almaq lazımdır? 25.12.12 5.369 dəfə oxundu
24 Məni, məzi və vədi nədir? 27.01.10 29.185 dəfə oxundu
25 Kişi həkimə gedən qadın sonra qüsl etməlidir? 31.01.11 7.515 dəfə oxundu
26 Akupunktura sarğıları qüsl etməyə maneçilik törədir? 25.12.12 2.798 dəfə oxundu
27 Hamamda çox qalmaq günahdır? 27.01.10 16.368 dəfə oxundu
28 İnsan cənabət vaxtı yatdığı yerdə qüsldən sonra yata bilər? 14.02.11 15.820 dəfə oxundu
29 Kişi həkimin yoxladığı qadın çimib qüsl almalıdır? 22.01.13 5.540 dəfə oxundu
30 Dişlərə qoyulan plomb qüsl etməyə mane olur? 27.01.10 4.847 dəfə oxundu
31 Qulaqdan çıxan kirlər qüslü batil edir? 14.02.11 4.951 dəfə oxundu
32 Cənabət halda ölənlər Cəhənnəmdə yanacaqlar? 02.09.13 9.205 dəfə oxundu
33 Cünub halda geyilən paltarı qüsldən sonra geyinmək olar? 28.01.10 22.467 dəfə oxundu
34 Qüsldə sırğa deşiklərini yumaq lazımdır? 21.02.11 4.775 dəfə oxundu
35 Qüsl hansı hallarda alınmalıdır? 01.02.19 1.629 dəfə oxundu
36 Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur? 24.08.09 56.927 dəfə oxundu
37 Dişlərdə plomb və körpü olduğu halda qüsl etmək olar? 07.07.09 4.288 dəfə oxundu
38 Meyyiti yuyandan sonra qüsl almaq lazımdırmı? 15.03.19 289 dəfə oxundu
39 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 3.063 dəfə oxundu
40 Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır? 07.07.09 3.989 dəfə oxundu
41 Qüsl nədir və hansı hallarda pozulur? 17.05.19 644 dəfə oxundu
42 Su imkanı yarandıqda təyəmmüm batil olur? 24.05.10 6.715 dəfə oxundu
43 Qadınlar da ehtilam olurlar? 17.03.11 24.399 dəfə oxundu