Müselmanlar

Qızla oğlan dostluğuna necə baxırsız?

Sual: Mən nişanlıyam, lakin bir oğlan dostum var və mən onunla təkcə dostluq çərçivəsində danışıram. Nişanlımın bundan xəbəri yoxdur. Bu nə dərəcədə düzgündür?

Cavab: Biz buna dostluq deyil (belə bir şey olmaz), gözəl münasibət bəsləmək deyə bilərik. Qadın və kişi arasındakı münasibətlərdə isə aşağıdakı qaydalara rəayət edilməlidir:

  1. Aradakı danışıqlarda müstəhcən/pis söhbətlər edilməməlidir.
  2. Əgər nişanlınız ya da əriniz buna razılıq vermirsə və aranızda hüzursuzluq baş göstərəcəksə, o zaman bu münasibəti sonlandırmalısınız.
  3. Danışıq ya da ünsiyyət, tənha və qapalı yerlərdə olmayacaqdır.

Bu qaydalara rəayət edildiyi təqdirdə, qadınlar kişi xeylağıya yaxşı münasibətlərini davam etdirə bilərlər.

Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6582.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Bizi izləyin