Cavab: Muhəmməd peyğəmbərin vəfat tarixi məsələsində bir fikir ayrılığı yoxdur. Belə ki, bu tarix miladi təqvimlə 632-ci il kimi götürülür. Türkiyə Diyanet Vakfının nəşr etdiyi İslam Ensiklopediyasında qeyd edilir ki, böyük tarixçi-alim Muhəmməd Həmidullah peyğəmbərimizin anadan olma tarixini 17 iyun 569-cu il, bazar ertəsi kimi təsbit edib (Geniş məlumat üçün baxın: Mustafa Fayda, “Muhammed – Həyatı”, adı çəkilən mənbə, İstanbul, 2005-ci il, 30-cu cild, səhifə 409).
Etiketlər: anadan olmaq, Diyanet Vakfı, fikir ayrılığı, hicri təqvim, İslam Ensiklopediyası, İstanbul, miladi təqvim, Muhəmməd Həmidullah, Mustafa Fayda, mənbə, peyğəmbərin doğulması, peyğəmbərin vəfatı, vəfat etmək