Allah insanı müəyyən bir güc-qüvvə və necə deyərlər, məhdud imkanlarla təchiz və təmin edilmiş formada yaradıb. Buna görə də insan bəzən müxtəlif səbəblərə görə bəzi məsuliyyət və öhdəliklərinin öhdəsindən gələ bilmir. Misal üçün, səfər vaxtı (yol üstündə olduqda) istər məşəqqət və çətinlik, istərsə də vaxtın azlığına görə namazların yerinə yetirilməsində tələb olunan bəzi şərtlər aradan qalxır: Fərz (vacib) namazlar iki rükətə enir və namazları birləşdirib qılmaq mümkün olur. Halbuki, namaz qılmaq beş vaxt olaraq vacib edilmiş bir ibadətdir və günorta (zöhr), ikindi (əsr), axşam (şam) və gecə (xüftən) namazlarının fərz olan hissələri dörd rükətdən ibarətdir. Lakin Allah bu cür hallarda insanın gücü çatmayacağı üçün bir sıra asanlaşdırmalar aparmışdır. Bu cür məsələlərlə fiqh kitablarında da geniş formada tanış olmaq mümkündür.
Etiketlər: 5 vaxt, Allah, beş vaxt, çətinlik, forma, fərz, güc-qüvvə, gücü çatmaq, ibadət, ikindi, İlahi, məfhum, məğrib, məhdud imkanlar, məsul, məsuliyyət, məşəqqət, Namaz, namaz qılmaq, namazları birləşdirmək, rükət, şam, sayt, Tanrı, təchiz, təchizat, təmin etmək, vacib, xüftən, yaradılış, yaratmaq, yazı, yük, yük yükləmək, yükləmək, zöhr, əsr