Bəzi ayələrin mühkəm bəzilərinin isə mütəşabih olması nə deməkdir?
Müsəlmanlar > Fitvalar > Hikmət-Sünnə Tarix: 23 Kasım 2018 Tövsiyə et Çap et
Sual: Bəzi ayələrin mühkəm bəzilərinin isə mütəşabih olması nə deməkdir?

Cavab: Mühkəm=مُحْكَمَ, “açıq, hökm ehtiva edən” mənalarına gəlir. Mühkəm ayə, hər hansı bir məsələdə hökmü olan ayədir.

Mütəşabih=مُتَشَابِهَ, “bir birinə bənzəyən iki şeydən hər hansı biri” mənalarına gəlir. Qurandakı bənzəyən və məsələylə əlaqədar ayələr bir araya gətirildiyi zaman bir hökmə gəlmiş yəni, mühkəm ayəni ortaya çıxarmış oluruq.

Təəssüf ki, ənənədə mütəşabih ayə səhv tanıdılır və bu ayənin lüğət mənası belə nəzərə alınmır. Mütəşabih, ənənəyə görə “anlaşılmayan, mənası bilinməyən, gizli” ayələrdir.

Əgər hər hansı bir mövzuda Quran ayələri onların  bir-birinə bənzəməsi faktoru nəzərə alınmadan təvil edilsə, bu təvil (bağ) Allahın deyil, bizim şərhimiz olar. Bu  isə bizə xətalı nəticələr verər. Bunu qəsdən edənlər doğru yoldan çıxırlar. Bu mövzuyla əlaqədar olaraq Ali-İmran surəsinin 7-ci ayəsində belə deyilir:

“…Qəlblərində əyrilik olanlar fitnə-fəsad salmaq və öz istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih olana uyarlar…”

Dindən  sui-istifadə edib, insanları başdan çıxartmaq istəyənlər üçün ən kəsə yol ayələrin bir-biri ilə əlaqəsini kəsməkdir. Ya da mütəşabih/bənzəyən ayədən birinə uyurlar. Onlar bunun üçün digər ayələrə göz yumurlar. Ələlxüsus, bir çox hallarda istədikləri hökmü çıxarmaq üçün ayələrin bir qismini nəsx edirlər. Yəni, hökmünün qalxdığını iddia edirlər.

Buna bənzər sual-cavabı oxumaq üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/2046.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Facebook'ta PaylaşTwitter'da Paylaş