Peyğəmbərimizin ayı ikiyə böldüyü doğrudurmu?
Müsəlmanlar > Fitvalar > Muhəmməd peyğəmbər Tarix: 19 Kasım 2018 Tövsiyə et Çap et
Sual: Qəmər surəsinin ilk ayələrinə, “Muhəmməd əleyhissəlam, ayı iki yerə böldü” deyə, yorum gətirirlər. Bu doğrudurmu? Siz bu barədə nə deyirsiz?

Cavab: Qəmər surəsinin ilk ayəsi: “Qiyamət saatı yaxlaşdı və ay yarıldı.” deyə başlayır. Bu ayə, peyğəmbər dövründən deyil, qiyamətdən bəhs edir. Sonra Məkkə müşriklərinə xitab edilərək: “Nə vaxt bir ayə göstərilsə, üz çevirir və davamlı rastladığımız sehrdir, deyərlər” (Qəmər 1-2)

Burada isə fellər indiki və gələcək zamanda verilir, yəni göstərildi deyil, “göstərilsə”; dedilər deyil, “deyərlər” deyə, ifadə edilməkdədir.

Ərəblərdə “şəqqul qəmər” deyə bilinən və bu barədə rəvayət edilən hədislərin əsli əsası yoxdur. O cümlədən əgər belə bir hadisə olsaydı həm digər xalqlar həm səhabədən çoxu bunu xatırladır və Quranda bu möcüzə ən az 5-10 yerdə keçərdi. Çünki Musa əleyhissəlama və digərlərinə verilən möcüzələr Quranın çox yerində xatırlatılmaqdadır.

Ümumiyyətlə, Allah Quranda peyğəmbərimizə Qurandan başqa möcüzə vermədiyini bildirən ayələrin bir neçəsi belədir: “Bizim möcüzələr göndər­­məkdən daşınmağımıza səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi…” (İsra 59)

Bir başqa ayədə: Dedilər ki: “Ona Rəbbinden möcizələr niyə nazil olmur!” De ki: “Möcizələr Allah qatındadır. Mənə gəlincə, mən ancaq açıq-aşkar bir xəbərçiyəm! ” (Ənkəbut, 29/50)

Səhih və Qurana tərs düşməyən hədislərdə də peyğəmbərimizə Qurandan başqa möcüzə verilmədiyi rəvayət edilir. Məsələn:

“Peyğəmbərlərdən heç bir peyğəmbər yoxdur ki, ona insanların iman etmək məcburiyyətində qaldığı möcüzələrin bir bənzəri verilməmiş olsun. Mənə verilən mucizə isə Allahın mənə vəhy etdiyi Qurandır. Bunun üçün, qiyamət günü peyğəmbərlərin ən çox ümmətlisi mən olacağımı ümid edirəm!” (Buxari, Səhih, c. 6, s. 97, Müslüm, c. 1,s.134.)

Bənzər sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/2061.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbər (s. a. v.) münafiqlərə necə münasibət bəsləyib? 16.06.10 1.728 dəfə oxundu
2 Peyğəmbərimiz (s. a. v.) iftardan sonra necə dua edirdi? 03.04.10 25.763 dəfə oxundu
3 Muhəmməd peyğəmbərə o biri peyğəmbərlər kimi möcüzə verilib? 28.04.10 3.696 dəfə oxundu
4 Rəsulullah özünün peyğəmbər olduğuna heç şübhə etmişmi? 26.02.14 1.325 dəfə oxundu
5 Həzrəti Xədicənin peyğəmbərlə ailə qurduğu vaxt uşağı var idi? 18.06.10 2.327 dəfə oxundu
6 Hucurat surəsinin 7-ci ayəsini necə başa düşmək lazımdır? 02.01.12 1.772 dəfə oxundu
7 Həzrəti Muhəmmədin nəvələri və nəslinin davamı 13.08.09 3.704 dəfə oxundu
8 Peyğəmbərin Quranı şərh etmək kimi bir missiyası olub, yoxsa yox? 06.01.12 1.800 dəfə oxundu
9 Peyğəmbərin Qurandan başqa möcüzəsi yoxdursa, merac nədir? 09.07.10 3.594 dəfə oxundu
10 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.572 dəfə oxundu
11 Peyğəmbərə cadu olunub? 22.01.11 6.358 dəfə oxundu
12 Peyğəmbərin nəslindən gələnlərə nə deyilir? 09.03.12 1.874 dəfə oxundu
13 Muhəmməd peyğəmbər Cənnətdə Məryəm ana ilə evlənəcək? 25.02.10 4.568 dəfə oxundu
14 Həzrəti Muhəmmədin qızı Ruqiyyə 12.03.12 2.791 dəfə oxundu
15 Peyğəmbəri hamıdan çox sevmək lazım olduğuna dair bir hədis var? 25.03.10 1.989 dəfə oxundu
16 “Ya rəsulallah” ifadəsini işlətmək dini cəhətdən düzgündür? 10.05.12 1.792 dəfə oxundu
17 Peyğəmbərin bütün hərəkətləri bizim üçün sünnədir? 01.02.11 1.873 dəfə oxundu
18 Peyğəmbərin nəslindən olan bir nəfər əlavə imtiyaz qazanır? 25.05.12 1.476 dəfə oxundu
19 Məgər Allah Uhud döyüşündə peyğəmbəri qorumadı? 05.03.11 1.874 dəfə oxundu
20 Muhəmməd peyğəmbərin (s) həyatı (I yazı) 01.02.13 1.032 dəfə oxundu
21 Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir? 07.03.11 1.572 dəfə oxundu
22 Muhəmməd peyğəmbərin (s) həyatı (II yazı) 02.02.13 2.630 dəfə oxundu
23 Rəvayətlərə əsasən Rəsulullahı nümunə götürmək mümkündür? 12.08.14 1.019 dəfə oxundu
24 Allah haqda “cc”, peyğəmbər barədə “s. a. v.” ixtisarını işlətmək olar? 22.05.11 2.191 dəfə oxundu
25 Peyğəmbərin qəbri haradadır? 16.11.13 6.071 dəfə oxundu
26 Peyğəmbər haqqında “kainatın əfəndisi” demək olar? 24.03.11 2.233 dəfə oxundu
27 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 8.030 dəfə oxundu
28 Rəsulullah, Kab b. Əşrəfi süi-qəsdlə öldürüb? 30.04.18 104 dəfə oxundu
29 Muhəmməd peyğəmbərin neçə hədisi var? 29.10.11 2.644 dəfə oxundu
30 Peyğəmbər necə təyəmmüm edirdi? 27.06.11 2.966 dəfə oxundu
31 Tövrat və İncildə Muhəmməd əleyhissəlamın adı keçirmi? 27.08.18 142 dəfə oxundu
32 Peyğəmbərimiz Qiyamət günü qədim ümmətlərə də şahidlik edəcək? 23.05.14 1.556 dəfə oxundu
33 Merac hadisəsi peyğəmbərin möcüzələrindən biri deyilmi? 29.06.11 1.920 dəfə oxundu
34 Peyğəmbərimizin ayı ikiyə böldüyü doğrudurmu? 19.11.18 317 dəfə oxundu
35 Muhəmməd peyğəmbərin anadan olma və vəfat tarixləri 04.08.09 5.330 dəfə oxundu
36 Peyğəmbər bizim bütün əməllərimizi görür? 05.07.11 2.319 dəfə oxundu
37 Nəbi olmayan birinin “Allahın elçisi” olması mümkündürmü? 10.12.18 69 dəfə oxundu