Cavab: Yetimin malını yemək böyük günahlardandır. Lakin bu, sizin danışdığınız kimi bir hal deyil. Haram buyurulan yetim malı yemək məsələsi atasını itirən uşaqları himayəsinə götürənlərlə (qohum-əqrəba və sairə) əlaqədar bir məsələdir.
Yetim uşağın özünün pulu ola bilər. Amma hələ balaca olduğuna görə həmin pulu düzgün xərcləyə bilməz. Yetim uşağa baxan qohumları (bunlar baba, əmi, dayı, bibi, xala və sairə ola bilər) həmin uşağın malını ancaq onun özünün yaxşılığı üçün istifadə edib xərcləyə bilərlər. Quran ayələrinə əsasən bundan başqa bir xərcləmə qadağandır. Başqa sözlə, yetimə baxan şəxs həmin yetimin malını şəxsi məqsədləri üçün xərcləyə bilməz.
Amma yetimlər rüşd dövrünə, yəni, müstəqil formada iş görə bilmək yaşına gəldikləri vaxt öz malları məsələsində tam səlahiyyətə malik olurlar; necə deyərlər, artıq öz başlarının ağası olurlar. Bu dövrdən etibarən onların malları özlərinə verilir. Onlar da hara və necə istəsələr, xərcləyə bilərlər. Bu məsələyə heç kim qarışa bilməz. Deməli, özləri istəyərək dostlarını bir şeyə qonaq edə bilərlər. Sizin dostunuz da öz istəyərək sizə bir şey alırsa, siz bunu rahatlıqla qəbul edə bilərsiniz. Bu məsələdə hər hansı bir problem yoxdur.
Aşağıdakı ayəyə diqqət yetirsəniz, qadağan edilən yetim malı yemək formasının necə olduğunu daha yaxşı başa düşə bilərsiniz:
Yetimləri evlənmək çağına gələnə qədər himayə edib sınayın; əgər onlarda ağıl-kamal baxımından bir yetkinlik görsəniz, mallarını dərhal özlərinə verin. Böyüyüb mallarını alacaqlar deyib həmin malları israfla və tələm-tələsik əldən verməyin. Varlı olan (vəli) iffətli olmağa çalışsın; yoxsul olan da (ehtiyac və əməyinə) müvafiq olaraq yesin. Onların mallarını özlərinə verdiyiniz vaxt yanlarında şahid tutun. Haqq-hesab soruşan olaraq Allah yetər (Nisa, 4/6).
Yetimlərin mallarını haqsız yerə yeyənlər qarınlarına ancaq atəş tıxışdırmış olurlar. Onsuz da onlar çılğın alova atılacaqlar (Nisa, 4/10).
Yetimin malına o rüşd dövrünə çatanadək ancaq ən yaxşı surətdə yaxınlaşın (Ənam, 6/152).
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: böyük günahlar, həddi-büluğ, iffətli, qohum-əqrəba, rüşd dövrü, təqaüd almaq, yetim, yetim tələbə, yetim uşaq, yetimin malını yemək, yetkinlik
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Bəndə haqqı | 07.07.09 | 401 dəfə oxundu |
| 2 | Oğurluq işıq işlədənlərdən lazımi yerə şikayət etmək lazımdır? | 24.02.10 | 320 dəfə oxundu |
| 3 | Bəndənin haqqı və halallıq almaq dini cəhətdən necə olmalıdır? | 24.02.10 | 371 dəfə oxundu |
| 4 | Yiyəsindən icazə almamış simsiz internet işlətmək olar? | 22.01.10 | 458 dəfə oxundu |
| 5 | Qonşu ilə küsülü qalmaq düzgündür? | 19.03.10 | 296 dəfə oxundu |
| 6 | Oğurluq elektrik enerjisi ilə qızdırılan suyu işlətmək düzdür? | 22.04.10 | 326 dəfə oxundu |
| 7 | Könülsüz halallaşmaq düzdür? | 23.11.10 | 243 dəfə oxundu |
| 8 | Müsəlman olmayanın haqqını yemək | 20.12.10 | 404 dəfə oxundu |
| 9 | Turistlərlə alverdən sonra halallaşmaq olar? | 24.06.09 | 393 dəfə oxundu |
| 10 | Bəndənin haqqı heç vaxt bağışlanmır? | 21.03.11 | 232 dəfə oxundu |
| 11 | İnternetdən kitab yükləmək olar? | 29.05.11 | 266 dəfə oxundu |
| 12 | Həmişə bağışlamaq mənfi nəticələr verir? | 07.04.11 | 264 dəfə oxundu |
| 13 | Yetimin malını yemək | 04.08.09 | 319 dəfə oxundu |