Deyirlər ki, dünya axirətin tarlasıdır. Bunu necə izah etmək olar?
Müsəlmanlar > Fitvalar > Ölümdən sonrakı həyat Tarix: 04 avqust 2009 Tövsiyə et Çap et
Sual: Deyirlər ki, dünya axirətin tarlasıdır. Bunu nə cür başa düşmək lazımdır?

Cavab: Müsəlmanlar öldükdən sonra diriləcəklərinə, dünyada gördükləri işlərə görə haqq-hesaba çəkiləcəklərinə və bir mömin kimi yaxşı işlər görüblərsə, Cənnətə, günahkar olublarsa, Cəhənnəmə gedəcəklərinə inanırlar. Bu inanca əsasən mömin insanlar günahlarının cəzasını çəkdikdən sonra Cəhənnəmdən çıxıb Cənnətə daxil olacaqlar. Əgər Allah istəsə, günahkarları bağışlayar və onları heç Cəhənnəmə qoymaz. Amma inancsızlar həmişəlik Cəhənnəmdə qalacaq və cəza çəkəcəklər.

Burada haqqında danışılan iman, ibadət, gözəl işlər görmək və bunlara oxşar şeylərin hamısı bu dünyada görülən işlərdir. Cənnətə daxil olanlar dünyada gördükləri yaxşı işlərə görə mükafatlandırılacaqlar.

İnancsızlıq, haqsızlıq, zülm və günahkarlıq da bu dünyada insanlar tərəfindən edilən pis əməllərdir. Belə şəxslər Cəhənnəmdə cəzalandırılacaqlar. Bu, eynilə öz tarlasını vaxtında əkən, ona qulluq edən, məhsulunu vaxtında götürüb bazara aparan və həmin məhsuldan özü üçün lazımi qədər ayıran insanın rahatlığa qovuşmasına oxşayır. Tarlasını əkib-biçməyən və qışa hazırlıq görməyən insanlar da ac qalacaqlar.

Məsələyə bu nöqteyi-nəzərdən baxıldıqda dünyanın axirətin tarlası olmasının səbəbi yaxşı başa düşülür.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Biz Cənnətdə Allahı görə biləcəyik? 10.03.10 900 dəfə oxundu
2 Ölüyə Quran tapşırmaq 11.03.11 1.140 dəfə oxundu
3 Üç aylarda vəfat edənlər həqiqətən də, haqq-hesaba çəkilmirlər? 07.01.10 645 dəfə oxundu
4 Axirətdə günahkar möminlərin vəziyyəti necə olacaq? 22.01.10 547 dəfə oxundu
5 Bizim bu dünyada qayəmiz Cənnəti qazanmaqdır yoxsa Allah rizasını? 07.08.09 420 dəfə oxundu
6 Cənnət və Cəhənnəm əbədidir? 16.04.10 509 dəfə oxundu
7 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 529 dəfə oxundu
8 Axirət günü ilə Qiyamət günü eyni gündür, yoxsa ayrı? 27.04.10 695 dəfə oxundu
9 Ölüm qorxusu 16.12.10 813 dəfə oxundu
10 Deyirlər ki, dünya axirətin tarlasıdır. Bunu necə izah etmək olar? 04.08.09 390 dəfə oxundu
11 İnsan ürəyindən keçən şeylərə görə cavabdehdir? 11.02.11 449 dəfə oxundu
12 Tövbə edə bilmədən ölən insanın halı necə olacaq? 21.02.11 403 dəfə oxundu
13 Bir kişi ölən arvadının meyyitini yuya bilər? 03.03.11 482 dəfə oxundu
14 Cənnətdə hamı Allahı görəcək? 04.03.11 365 dəfə oxundu
15 Ölünün dalınca Quran oxumağın nə mənası var? 20.03.11 427 dəfə oxundu
16 Günahkarlar Qiyamət günü kor vəziyyətdə həşr olunacaqlar? 18.04.11 279 dəfə oxundu
17 Ölünün dalınca verilən nəzirin savabı ölüyə çatır? 27.04.11 357 dəfə oxundu
18 Ölüyə Quran tapşırmaqla əlaqədar hədislər səhihdir? 01.07.11 271 dəfə oxundu
19 Ana bətnində ölən körpələr Cənnətə daxil olacaqlar? 27.10.11 242 dəfə oxundu