Müsəlmanlar

Haram pulla açılan mağazanı işlətmək olarmı?

Sual: Sual: Mən (keçmişdə) internetdə oynanılan bosketbol oyunlarından 10 min manat pul qazandım və bu pulla gümüş və ətir dükkanı açdım. Bilirəm ki, qumardan qazanılan pul haramdır. Amma bilmək istəyirəm, bu açdığım dükkandan gələn qazanc da haramdırmı? Yəni, mən nə etməliyəm? Haramla qurulan bir şeydən qazanılanlar da haramdırmı?

Cavab: Bu məsələdə aşağıda qeyd edilən iki mühüm fərqə diqqət etməliyik:

Əgər bir insan, kafir kimi haram-halal demədən yaşayıb, sonra isə peşman olubsa və keçmişinə baxanda görüb ki, bu pulu haram yoldan əldə edib, o zaman tövbə edər və bir də belə haramlara girməz və imkanı olduqca o haram qazandığı pulun miqdarını fağırlara sədəqə olaraq verər.

Yox əgər əvvəlcədən niyyəti pozuq isə və əvvəlcədən haram qazanım, sonra da bir qazanc yeri açıb haram qazandıqlarımı geri qaytararam, düşüncəsiylə belə hərəkət edibsə, bu əsla halal deyildir. Yoxsa, çox adam belə bir haram yola baş vurar və sonra da özünə bəraət qazandırar. Yəni, bir işin nəticəsi, niyyət və səmimiyyətlə ölçülür.

Qurani Kərimdə Allah: “…Bilərək/məqsədli elədiklərinizdən hesaba çəkər…” buyurmaqdadır. (Bəqərə, 2/225.)

Bənzər məlumat üçün aşağıdaki linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/900.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.