Heyvan döyüşdürmək olarmı?
Müsəlmanlar > Fitvalar > Heyvanlar Tarix: 19 Ekim 2018 Tövsiyə et Çap et
Sual: Heyvan döyüşdürmək olarmı?

Cavab: Yer üzündə gördüyümüz canlılar arasında tək məsuliyyətli varlıq insandır. Bu səbəblə hər şeydən sorumlu olduğumuzu və hər şeyin bizim üçün yaradıldığını bilməyimiz lazımdır. Quranda belə buyrulmaqdadır:

“Bəzilərini minəsiniz, bəzilərindən də yeyəsiniz deyə, heyvanları sizin üçün yaradan Allahdır. Siz onlardan başqa mənfəətlər də əldə edirsiniz.” (Ğafir, 79-80)

Quranda bildirildiyi üzərə, heyvanlar da bir ümmətdir və onların da həyat qanunları, ağlı, duaları, duyğuları və rüziləri olan, proqramlanmış şəkildə yaradılmış varlıqlardır. Bizim onlardan faydalanma haqqına sahib olduğumuz kimi, onlara qarşı sorumluluğumuz da vardır. Bu sorumluluqlar içərisində; onlara zərər, əziyyət, işgəncə verməmək və onlardan təkcə ehtiyacımız olduğu ölçüdə istifadə etmək lazımdır.

Peyğəmbərimiz əleyhissəlam, keçisini sağan bir adama belə öyüd vermişdir: “Keçini sağanda, balasını bəsləyə biləcəyi süd buraxın.” (M.Zəvaid 8/ 196)

Verdiyiniz suala gəlincə; Heyvanları döyüşdürmək, onlara işgəncə etmək deməkdir. Onları yarışdıra bilərsiz fəqət, özləri istəmədən döyüşdürməyə haqqımız yoxdur. O cümlədən dinimiz, heyvanların dağlanmasını və döyülməsini də qadağan etmişdir.

Oxşar sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7278.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ev heyvanlarını qısırlaşdırmaq olar? 07.07.09 2.537 dəfə oxundu
2 İnsana ziyan vuran heyvanları öldürmək lazımdır? 07.07.09 4.280 dəfə oxundu
3 Heyvanları cütləşdirmək olar? 22.01.10 1.904 dəfə oxundu
4 Bir müsəlmana haram olan qidalar hansılardır? 13.04.16 3.112 dəfə oxundu
5 Pişik və it alıb satmaq olar? 27.04.10 3.371 dəfə oxundu
6 Evdə it saxlamaq günahdır? 03.03.11 9.317 dəfə oxundu
7 Evdə pişik saxlamaq olar? 28.02.12 19.465 dəfə oxundu
8 Evdə heyvan saxlamağın bir eybi var? 03.04.12 2.528 dəfə oxundu
9 Akvariumda balıq saxlamaq 29.06.09 7.238 dəfə oxundu
10 Donuz gübrəsi (peyini) ilə yetişdirilən məhsulları yemək haramdır? 10.11.15 1.056 dəfə oxundu
11 İnsana ruhun üflənməsi nə deməkdir? 08.01.18 380 dəfə oxundu
12 Heyvan döyüşdürmək olarmı? 19.10.18 137 dəfə oxundu
13 Axirətdə heyvanlar da insanlar kimi diriləcəklərmi? 26.07.19 173 dəfə oxundu