Müsəlmanlar

Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti qabaqcadan cizilən qədəri deyilmi?

Sual: Tövratda Nəbimizin Məkkədən Mədinəyə hicrət edəcəyi yazılıydı” dediniz. O halda bu, onun əvvəlcədən yazılan qədəri sayılmazmı?

Cavab: Bəli, bu kimi hallar onun qədəri sayılır. Necəki, Rum surəsində Rumların məğlub olacaqları barədə əvvəlcədən Quranda yazılmışdı. Məğlub olmaq başqa, imtahanı qazanmaq başqadır.

İnsanlar hər hansı bir şeydə məğlub ola bilər, qazana da bilər. Bir insan, malını da itirə bilər. Bu kimi bir çox şeyləri ona qabaqcadan təqdir etmişdir. Başına gələcək müsibətlər, veriləcək nemətlər və s. bir çox işlər onun qədəridir.

Əsas məsələ; bu verilən, alınan şeylərə yəni, imtahanlara qarşı sərgilədiyimiz münasibətdir. Allah, bu münasibət, imtahan mövzusunda insanı sərbəst buraxmışdır. Yəni, insanın nə cür davranacağını, yol tutacağını, imtahanı qazanıb qazanmayacağını əvvəlcədən təqdir etməmişdir.

Nəticə olaraq, Allahın əvvəlcədən təqdir etdiyi bir qədəri əlbəttə vardır. İnsanın bu əzəli qədərinə qarşı göstərdiyi münasibət isə onun özünün sonradan yazdığı bir qədəridir.

Qəza və qədər haqda ətraflı məlumat almaq istəyənlər aşağıdaki iki linkdə yazılı məqaləni ya da video dərsi izləyə bilər:

http://www.muselmanlar.com/fitvalar/5139.html

http://www.muselmanlar.com/elanlar-xeberler/7316.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.