Müsəlmanlar

Müsəlman ölkələrində çaxnaşma niyə bitmək bilmir?

Sual: İslam tək haqq din olmasına baxmayaraq, nə üçün dünyadakı çaxnaşmaların çoxu İslam ölkələrində olur?

Cavab: Bunun ən böyük səbəbi; Allahın son kitabı müsəlmanlara gəldiyi halda onların Allahın kitabına deyil, Allah və dini adına uydurduqları məzhəblərə sarılmalarıdır. Əslində çaxnaşma, parçalanma və qavğa da bu məzhəblər arasındadır. Əslində Adəm əleyhissəlamdan bəri bütün ümmətlərin qədəri buna bağlı olmuşdur. Allahın kitabına uyanı Allah ucaltmış, uymayanlar isə bir birini həlak etmişdir. Quranda bu barədə belə buyrulur:

“Biz dedik: ‘Hamınız oradan (yerə) enin! Mənim tərəfimdən sizə doğru yolu göstərən rəhbər gəldikdən sonra Mənim yol göstərənimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər’.” (Bəqərə, 2/38).

Sizin də bildiyiniz kimi, göndərilən rəhbərlər vəfat etdikdən sonra həmin cəmiyyətlər, rəhbərin göstərdiyi yola və kitaba sadiq qalmamış, öz aralarında hakimiyyət davası güdmüşlər.

Əlavə məlumat üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/muxtelif-meseleler/6865.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.