İslam dinində bəxt oyunlarına necə baxılır?
Müsəlmanlar > Fitvalar > Qumar Tarix: 04 Ağustos 2009 Tövsiyə et Çap et
Sual: Lotereya, lotto, toto və digər bəxt oyunlarından götürülən qazanc dinimizə əsasən haramdır?

Cavab: Nəticəsinin nə və necə olacağı məlum olmayan bir şeyə aludə olub mal-mülkü asanlıqla əldən vermək, yaxud da bu yolla zəhmət çəkmədən və heç bir əmək sərf etmədən pul qazanmaq haramdır. Kart, domino, nərd və bunlara oxşar oyunlar vasitəsilə qumar oynayan insanlar axırda kimin udacağı naməlum olan bir oyuna aludə olaraq pul qoyur və ya bu formada zəhmət çəkmədən pul qazanırlar. Eyni şeyi toto və lotereya haqqında da demək olar. Yəni, vəziyyət bunlarda da eynidir. Bu oyunlarda iştirak etmək üçün verilən pulların bir hissəsi oyunu idarə edən müəssisə tərəfindən götürülür. Məbləğin yerdə qalan hissəsi isə iştirakçılar arasında tiraj keçirilməsi nəticəsində uduş qazanan bir neçə nəfərə və ya totoda olduğu kimi təxminən doğru çıxan bir neçə iştirakçıya verilir.

Cahiliyyə dövründə bütpərəst Ərəblər arasında da indiki lotereyaya oxşayan bir qumar oyunu var idi. Onlar bununla fəxr edirdilər. Məsələn, bir dəvəni kəsib 28 paya bölürdülər. Oyunda iştirak edənlər dəvənin pulunu verirdilər. Onların arasında uduş üçün oyun keçirilirdi. Üçü boş, yeddisi dolu olmaqla on ədəd oxları olurdu. Həmin oxları bir kisəyə doldururdular və mötəbər bir şəxs oyunun hər bir iştirakçısının adına püşk atırdı. Oxu boş çıxanlar dəvədən pay ala bilmirdilər. Dolu çıxanlar isə öz paylarını kasıblara verirdilər. İslam dini bunu qumar saymış və qadağan etmişdir.1

Xeyriyyə cəmiyyətləri və ya humanist məqsədlər adı altında olsa belə, qumar və lotereyaya icazə vermək mümkün deyil. Bu, rəqs, balet və çılpaq manekenlərin moda nümayişi mərasimi ilə yığılan yardımlara oxşayır. Belə ki, burada məqsəd gözəl olsa da, istifadə olunan vasitə düzgün deyil. Pis bir şeyin qarşısını almaq dinimiz tərəfindən yaxşı bir şeyə sahib olmaqdan üstün hesab edilib. Bu qayda İslam hüququnda dəfi-məfasid cəlbi-mənafidən övladır (pis bir şeyin qarşısını almaq mənfəət əldə etməkdən əvvəl gəlir) prinsipiylə ifadə olunmuşdur.

Beləliklə, toto, lotereya, lotto və sairə kimi oyunlara icazə vermək dinimiz baxımından mümkün deyil.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Muhammed Hamdi Yazır, Haqq dini, Quran dili, 1-ci cild, s. 764-765. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.819 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Lotereya oynamaq olar, yoxsa yox? 25.02.11 4.302 dəfə oxundu
2 Bukmeker şirkətlərinin nöqsanlarından istifadə edib pul qazanmaq olar? 25.06.11 4.133 dəfə oxundu
3 Uduş məqsədilə oyun oynamaq qumardır? 29.09.11 1.939 dəfə oxundu
4 Pay verilən lotereyanı nə etmək lazımdır? 27.12.11 1.448 dəfə oxundu
5 Qumardan gələn pul varislərə halaldır? 25.02.12 1.748 dəfə oxundu
6 Bəxt oyununda uduzduğum pulu təzədən udsam, xərcləyə bilərəm? 25.05.12 1.562 dəfə oxundu
7 Oyunu uduzan komandanın stadion pulunu verməyi qumardır? 11.10.12 1.463 dəfə oxundu
8 Ticarət mərkəzlərində tirajla verilən hədiyyələr qumar hesab olunur? 15.01.13 1.332 dəfə oxundu
9 Yarmarkalarda verilən hədiyyə kartlarını almaq halaldır? 02.06.13 1.393 dəfə oxundu
10 Bir qəzet öz oxucularını kupon və püşkatma ilə Ömrə ziyarətinə apara bilər? 08.03.10 2.197 dəfə oxundu
11 Kampaniya keçirib bilet satmaq və hədiyyə vermək də qumardır? 06.06.13 1.241 dəfə oxundu
12 İslam dinində bəxt oyunlarına necə baxılır? 04.08.09 2.819 dəfə oxundu
13 SMS yolu ilə iştirakına zəmin yaradan çəkilişlər dində halaldır? 12.09.15 698 dəfə oxundu
14 Qumar məqsədi güdmədən oyun oynamaq 04.08.09 4.190 dəfə oxundu
15 Hədiyyə çəkiliş kuponları və onlardan çıxan hədiyyələri almaq caizdirmi? 01.08.16 523 dəfə oxundu
16 Həvəsləndirmə kampaniyaları, lotereya biletləri və qumar 04.08.09 1.939 dəfə oxundu
17 Həftəlik və ya aylıq qızıl günü keçirmək olar? 30.09.11 1.948 dəfə oxundu
18 Borcları ödəmək üçün şans oyunları oynamaq olar? 13.03.10 3.085 dəfə oxundu
19 Qazancını kasıblara vermək üçün şans oyunu oynamaq olar? 08.09.14 1.667 dəfə oxundu