Müsəlmanlar

“Qurandan din öyrənilməz” deyən din xadimlərinin hökmü nədir?

Sual: “Qurandan din öyrənilməz” deyən din xadimlərinin hökmü nədir?

Cavab: Bu kimi ifadələri işlədənlərin əksəriyyəti ənənəvi, əzbərçi dini məlumatlara sahib olan, təqlidçilklə din öyrənən insanlardır. Öz dinlərini mühakiməyə açıq şəkildə öyrənməmiş, müəllimlərinin öyrətdikləri ilə yetinmişlər. Bunlar, Qurandan əlavə və Onun məramını ortaya qoyan başqa dəlillər; sünnə, icma, qiyas, ağıl və başqa dəlillər də var demişlər. Nəticədə Allahın dininin bunlardan çıxarılan hökmlərdən ibarət olduğu qənaətinə gəlmişlər. Belələrinin cəhalətinin üzr sayılıb sayılmayacağı məsələsində alimlər ixtilaf etmişlər. Uca Allah, Bəqərə surəsinin 78-ci ayəsində bu kimi cahil/ümmilər haqda belə buyurmaqdadır:

“Onların bəziləri də ümmidirlər/avamdırlar, kitabı bilməzlər. Uyduqları yalnız boş arzulardır (xam xəyallardır). Onlar ancaq zənnə qapılırlar.”

Ancaq insanları yoldan çıxaran, dində mənfəət əldə etməyə çalışan və bilərək doğrulara məhəl qoymayanların cəhaləti isə üzr sayılmaz. Bunlar, elədiklərinin mütləq hesabını verəcəklər.

Oxşar sual-cavabı aşağıdaki linkdnə görə bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/6999.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.