Tövrat, Zəbur və İncil ümumbəşər kitablardırmı?
Müsəlmanlar > Fitvalar > Təfsir Tarix: 23 Temmuz 2018 Tövsiyə et Çap et
Sual: Quran, ümumbəşər bir kitabdır. Bəs, ondan qabaq nazil olan 3 böyük kitab müəyyən bir cəmiyyətə nazil olub yoxsa, onlar da ümumbəşərdir?

Cavab: Uca Allah, dinini “fitrət” olaraq tərif etmişdir. Buna sübut aşağıdakı ayədir:

“Sən üzünü doğru-dürüst bu dinə – Allahın fitrətinə tərəf tut. İnsanları da bu fitrət üzərə yaradıb. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur. Lakin insanların əksəriyyəti bunu bilmir (Rum, 30/30).

Fitrət, bütün canlılarda yürürlükdə olan təbii qanunları ifadə edər. İnsan fitrəti də heç bir dövrdə və coğrafiyada dəyişməz. Rəbbimiz, insanları xəbərdar etsinlər deyə göndərdiyi bütün nəbilərinə də eyni fitrət dinini, yəni İslamı göndərmişdir. Əlaqəli ayələr belədir:

“Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrinə göz yumarsa, (bilsin ki,) Allah tez haqq-hesab çəkəndir.” (Əli İmran, 3/19.)

“…Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möh­­kəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!” (Həcc, 22/78.)

Qurandan əvvəlki kitablar da eyni ana əsasları insanlara öyrətmək üçün nazil olmuşdur. Məsələn, Allahdan başqasına qulluq etməmək, haqsız yerə cana qıymamaq, zina etməmək, oğurluq etməmək, faiz və rüşvət alıb-verməmək ədalətli olmaq, insanlara xoş davranmaq və hər cür pis işlərdən uzaq durmaq bütün ilahi kitablarda yer almaqdadır. O cümlədən ibadətlərlə əlaqədar xüsuslar da fitri/təbii bir həqiqət kimi qarşımıza çıxmaqda: Namaz, oruç, zəkat, qurban və s. ibadətlər bütün kitablarda yer almaqdadır. Bu yöndən baxdığımız zaman ilahi kitablar əslində Ərəbcə bir Tövrat, Tövrat da İbranicə bir Qurandır.

Kitablar arasında təkcə nəsxlə əlaqədar olaraq bəzi dəyişikliklər mövcuddur. Nəsx, Uca Allahın kitabdakı bir hökmü, başqa bir kitabda daha asan bir hökmlə dəyişdirməsi mənasına gəlir. Ancaq bu tərz dəyişmələr, kitabların ümumbəşərliyinə bir xələl gətirməz. Məsələn, vaxtilə Tövrata uyanlar dəstəmaz alanda ayaqlarını yuyurdular. Muhəmməd əleyhissəlam da bir müddət yumuşdu. Lakin sonradan Allah, bu hökmü asanlaşdırmaq üçün Maidə surəsi 6-cı ayəni nazil etdi:

Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dir-səklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı da. (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin…”

Nəticə olaraq, ümumbəşərlik yönündən Quran ilə digər kitablar arasında hər hansı bir fərq yoxdur. Fəqət, son nəbi Muhəmməd əleyhissəlamın göndərilməsi və ona Quranın nazil olmasıyla bərabər əvvəlki kitablar daha xeyrlisi ilə nəsx edilmiş və tək ümumbəşər ilahi kitab Qurani Kərim olmuşdur.

Bənzər sual-cavab üçün aşağıdaki linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7343.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qureyş surəsi 28.07.12 2.490 dəfə oxundu
2 Nas surəsi 29.07.12 4.885 dəfə oxundu
3 “Allah, insanları cəhənnəmlik olsunlar”- deyə yaratdı? 22.08.16 929 dəfə oxundu
4 Hansı peyğəmbərlərə səhifə göndərilib? 24.10.16 530 dəfə oxundu
5 Təfsirlərə baxmadan Quranı başa düşmək mümkündürmü? 23.11.16 510 dəfə oxundu
6 Bəqərə surəsi 217-ci ayəsi dindən dönənlərin öldürüləcəyini deyir? 16.12.16 470 dəfə oxundu
7 Tağut 28.04.17 2.723 dəfə oxundu
8 Təhrif nədir? 13.11.17 105 dəfə oxundu
9 Axirətdə insanlara işlədikləri günahlar soruşulacaqmı? 17.11.17 150 dəfə oxundu
10 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 128 dəfə oxundu
11 Tövrat, Zəbur və İncil ümumbəşər kitablardırmı? 23.07.18 129 dəfə oxundu
12 Quran təhrif edilə bilərmi? 14.05.18 188 dəfə oxundu
13 Tövrat və İncildə Muhəmməd əleyhissəlamın adı keçirmi? 27.08.18 98 dəfə oxundu
14 Quran, təhrif edilmiş Tövratı və İncili təsdiq edirmi? 26.02.16 727 dəfə oxundu
15 Təbbət surəsi 11.07.11 3.321 dəfə oxundu
16 Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir? 28.12.15 2.738 dəfə oxundu