Müsəlmanlar

Hədislərin hikmət olduğunun dəlili nədir?

Sual: Hikməti öyrədən rəsul isə və Rəsulun da təbliğ xaricində hər hansı bir vəzifəsi olmadığına görə hədislər necə hikmət sayıla bilər?

Cavab: Həmişə dediyimiz kimi, hikmət, yemək bişirməyə bənzəyir. Ev tikmət, paltar tikmək, maşın, saat və düzəltmək kimi, Qurandan bir şey çıxarmaq da hikmətdir. Hər kəs kimi, Muhəmməd əleyhissəlam da Allahın həm yaratdığı ayələrindən həm də nazil etdiyi ayələrindən (Qurandan) bir çox şeylər çıxarmışdır. Lakin onların hansının hikmət olduğunu biz, əlaqədar ayələri birlikdə dəyərləndirdiyimiz zaman ortaya çıxara bilərik ki, bu da bir metodla aparılır. Bu metod, işin əhli olan qrupla həyata keşirilir. Həmin metodla bir çox hikmətə nail olacaqlarını Rəsulullah səhabəsinə öyrədir. Fəqət səhabədən sonra bu metod (şura) tərk edilir və nəticədə müsəlmanlar da hikmətdən yoxsul qalırlar.

Nəticədə, Peyğəmbər (ə.s.)-dan gələn hədislərin də hansının doğru, hansının yalan olduğunu bu metoda rəayət və Qurana ərz etməklə müəyyən edə bilərik. Digər şeylərə də bu metodla yanaşsaq daha yaxşı nəticələr əldə edə bilərik.

Hikmət barədə ətraflı məlumat üçün aşağıdaki linkə tuşlayın:

http://www.muselmanlar.com/tedqiqatlar/6526.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.