Müsəlmanlar

Hansı məzhəbə mənsub olanlar cənnətə gedəcəklər?

Sual: Hansı məzhəbə mənsub olanlar cənnətə gedəcəklər? Hənəfilər, Şafiilər, Malikilər, yoxsa Hənbəlilər?

Cavab: Haqqında danışdığınız məzhəblərin hamısı əməli məzhəblərdir. Başqa sözlə, bunlar dinin sadəcə olaraq fiqh hissəsini maraqlandıran tərəfiylə məşğul olurlar. Hansının fikrini Allahın kitabına, peyğəmbər əleyhissəlamın tətbiqatlarına uyğun, düzgün hesab etsəniz, onunla əməl edə bilərsiniz. Cənnətə gedib getməmək məsələsi isə bu məzhəblərdən birinə mənsub olub olmamaqla əlaqədar deyil. Yəni, bir insanın cənnətə düşməyi üçün onun hansısa məzhəbə mənsub olması lazım deyil. Cənnətə getməyin ölçüsü insanın imanı və Qurana nə dərəcədə bağlı olması ilə əlaqədardır.

Məzhəblərlə əlaqəli ətraflı məlumat üçün saytımızın aşağıdakı linkinə baxmağınız məsləhətdir:

Neçə haqq məzhəb vardır?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.