Müsəlmanlar

Ruzi, insanın çalışmağına bağlıdır yoxsa qədərinə?

Sual: Bəzi insanlar heç çalışmadan bolluq içərisində yaşayırlar. Bəziləri də səhər-axşam çalışır, yenə də əsas ehtiyaclarını belə çətin qarşılayırlar. Ruzinin bol və ya dar olması Allahın təqdiridirmi?

Cavab: İmtahan dünyasında insanlar əlbəttə müxtəlif sınaqlara çəkilir: Bəzisi, var-dövlətlə ya da aclıqla, bəzisi, sağlıqla ya da xəstəliklə, bəzisi gözəllik ya da çirkinliklə. Əsas olan bu sınaqdan səbrlə, sədaqətlə çıxmaqdır.

Allah Təala, bu barədə belə buyurmaqdadır:

“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver.” (Bəqərə, 2/155.)

İnsanların bu verilənlərə qarşı göstərdikləri reaksiya, onların qədəridir. Yəni, öz mənliklərini, şəxsiyyətlərini və nəyə nə cür inanıb inanmadıqlarını ortaya qoymuş olurlar. Əgər səbr edərsə müjdələnir, üsyan edərsə cəzalandırılır. Bir başqa ayədə:

“Allah Öz bəndələrindən istədiyinin ruzisini artırar da, azaldar da. Allah hər şeyi (yerli-yerində) biləndir! (Ənkəbut, 29/62.)

Buna bənzər digər sual-cavabı görmək üçün aşağıdaki linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/5699.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.