Səhih sünnə nədir? Sünnə dinin ikinci mənbəyidirmi?
Müsəlmanlar > Fitvalar > Hədis > Hikmət-Sünnə > Quran > Сунна Посланника Tarix: 11 Mayıs 2018 Tövsiyə et Çap et
Sual: Səhih sünnə nədir? Sünnə dinin ikinci mənbəyidirmi?

Cavab: Səhih sünnənin mənbəyi Qurani-Kərimdir. Hər şey, o cümlədən hədislər də Allahın Kitabına uyğun gəldiyi ölçüdə dəyərləndirilir.

Allahın elçisi hikmətlə hərəkət edərdi. Qurandan çıxardığı hikmətlərlə bir çox məsələləri həll edər və bu müstəvidə digər şeylərə də qiymət yetirərdi. Bu səbəblə o bizə nümunədir.

Buradan sünnənin İslamın ikinci mənbəyi olduğu nəticəsi çıxmaz. Rəsulullah, Quranda olan şeyləri həyata keçirib bilavasitə Quranı canlandırıb. Səhv etdiyi nöqtələrdə isə xəbərdar edilib ki, bunu Quranın bir çox yerində görə bilərik.

Nəticə olaraq, səhih sünnə[1] İslamın ikinci mənbəyi deyil, Qurandan çıxarılmış olan doğru hökmlərdir. İslamın bir mənbəyi var, o da Qurani Kərimdir.

Əlavə məlumat üçün aşağıdaki linkə tuşlayın:

http://www.muselmanlar.com/tedqiqatlar/6526.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Burada: Ənənənin ortaya qoyduğu səhih sünnə nəzərdə tutulmur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Fərzdən əvvəl ya da sonra qılınan sünnət namazlarının Quranda dəlili varmı? 22.02.17 701 dəfə oxundu
2 Sünnətullah nədir? Fıtratullahla arasındakı fərqi izah edə bilərsiniz? 03.03.17 337 dəfə oxundu
3 Səhih sünnə nədir? Sünnə dinin ikinci mənbəyidirmi? 11.05.18 227 dəfə oxundu
4 Сунна Посланника 28.08.10 1.926 dəfə oxundu
5 Sünnət namazları bəzi hallarda tərk edilə bilər? 20.02.17 644 dəfə oxundu