Bir məzhəbə mənsub olmaq dində lazım olan şeylərdəndir?
Müsəlmanlar > Fitvalar > Məzhəblər Tarix: 03 Ağustos 2009 Tövsiyə et Çap et
Sual: Bir məzhəbə mənsub olmaq dində lazım olan şeylərdəndir? Yəni, bu, vacib bir məsələdir? İnsan öz ağıl və dərrakəsini işə salıb uca kitabımızın (Quran) hökmlərini və sünnə olan hədisləri həyata keçirə bilər?

Cavab: Məzhəb fikir deməkdir. Alimlər haqqında açıq-aydın Quran ayəsi və hədis olmayan məsələlərdə öz metodlarına əsasən bəzi fikir və rəylər ortaya qoyublar. Buna görə də məzhəblərin arasında ixtilaf yaranıb. Hər kəs hər bir məsələdə məlumatlı olmadığına görə bilmədiyi mövzularda bilənlərə tabe olmaq vəziyyətindədir. Məzhəbləri bir müəllim kimi görmək lazımdır. Belə ki, siz cavabını bilmədiyiniz bir sualı bizdən soruşduğunuz kimi, eyni şəkildə məzhəblərin həmin məsələyə dair fikir və rəyləri ilə də əməl edə bilərsiniz. Məzhəblər qətiyyən din deyil. İnsan hər hansı bir məzhəbə mənsub olmadığını deyirsə, bu sözü ilə dindən çıxmır. Amma bu sözü məzhəblərin fikirlərinə əsaslanaraq əməl etməyə ehtiyac duymayacaq qədər elm sahibi olanlar deməlidir!

Belə məsələlərdə yol verilən başlıca səhv məzhəbləri kor-koranə təqlid etməkdir. Başqa sözlə, məzhəbləri tamamilə doğru kimi qəbul etmək, dedikləri hər şeyə düzgün və ya səhv olduğunu götür-qoy etmədən əməl etmək yanlışdır. Unutmamaq lazımdır ki, məzhəblər də səhvə yol verə bilər. Lazım gələrsə, başqa bir məzhəbin fikirlərinə əsasən əməl etməyin və yenə lazım olarsa, (məzhəblərin ayə və hədislərə zidd fikirləri olduğu təqdirdə) heç bir məzhəbə görə əməl etməməyin mümkünlüyünü də nəzərə almaq lazımdır. Belə hallarda ancaq və ancaq ayə və hədisə əsasən əməl etmək lazım olduğunu bilmək də mühümdür. Bir şeyin düzgün olub olmadığını isə onun Quran və Sünnəyə müvafiq olub olmaması ilə anlamaq mümkündür.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.930 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Mötəzilə, Əşariyyə və Maturidiyyə cərəyanlarının hansı Qurana müvafiqdir? 07.07.11 1.831 dəfə oxundu
2 Biz özümüzü mütləq hansısa bir məzhəbə aid etməliyik? 08.07.11 1.746 dəfə oxundu
3 Namaz üçün mütləq bir məzhəbə tabe olmaq lazımdır? 27.05.14 1.754 dəfə oxundu
4 Bir müsəlman həmişə bir məzhəbə sadiq qalmalıdır? 18.10.11 1.515 dəfə oxundu
5 Dini məsələlərdə bir alimə tabe olmaq səhvdir? 09.02.12 2.160 dəfə oxundu
6 Cəhmiyyə 27.02.12 1.828 dəfə oxundu
7 Bir məzhəbə mənsub olmaq dində lazım olan şeylərdəndir? 03.08.09 1.930 dəfə oxundu
8 Məzhəblər Qurana qəsdən səhv tərcümə və təfsir veriblər? 06.07.12 1.666 dəfə oxundu
9 Məzhəblərdən birinə üstünlük vermək 03.08.09 1.599 dəfə oxundu
10 Məzhəb imamlarının və alimlərin həyatımızdakı mövqeyi 02.01.14 1.262 dəfə oxundu
11 Məzhəblərin bir-birindən fərqi nədən ibarətdir? 03.08.09 1.820 dəfə oxundu
12 Şiələr möminlərin analarına necə dil uzada bilirlər? 07.10.16 1.119 dəfə oxundu
13 Saytınızdakı yazılar hansı məzhəbin fikirlərinə əsasən yazılır? 03.08.09 2.039 dəfə oxundu
14 Neçə haqq məzhəb vardır? 02.12.16 1.395 dəfə oxundu
15 Hansı məzhəbə mənsub olanlar cənnətə gedəcəklər? 03.08.09 2.146 dəfə oxundu
16 Bir müsəlman, dinini yaşamaq üçün hər hansı məzhəbə bağlanmalıdırmı? 22.09.17 195 dəfə oxundu
17 İslam dini və məzhəblər mürtədlərə necə yanaşır? 11.06.10 2.280 dəfə oxundu
18 Dini məsələlərdə məzhəbini, təriqətini istinad almanın hökmü nədir? 11.12.17 415 dəfə oxundu
19 Siz hansı məzhəbə qulluq edirsiniz? 09.02.11 2.688 dəfə oxundu
20 Müsəlmanların sünni və şiə deyə ayrılmalarının səbəbi nədir? 01.04.19 600 dəfə oxundu
21 Məzhəblər nə cür yaranıb? 23.03.11 2.384 dəfə oxundu
22 Hansı məzhəbə tabe olmaq lazımdır? 29.04.19 249 dəfə oxundu
23 Ali-İmranın 100-cü ayəsi məzhəb tərəfgirliyini qadağan edir? 14.04.11 1.755 dəfə oxundu
24 Hənəfi bir nəfər Şafei bir pişnamaza iqtida edə bilər? 24.04.11 2.463 dəfə oxundu