Müsəlmanlar

Cinlərin insan üzərində bir təsiri varmı?

Sual: İnsanlarla cinlərin hər hansısa bir formada bir-biriləri ilə əlaqədə olması, bir-birilərindən informasiya alması və s. deyilən bir şey varmı?

Cavab: İnsana görə dəyişə bilir. Allaha təvəkkül edənin cinlərə ehtiyacı yoxdur və onlar ona təzyiq göstərə bilməzlər. Hər insan yaxşı tərəfə də pis tərəfə də seçimini özü edir. Quranda İblisin belə bizim üzərimizdə biz istəmədikcə bir hakimiyyəti yoxdur. Bəli, bu belədir. Fəqət gördüyümüz kimi Allahın hakimiyyətini və verdiyi informasiyaları istəməyən insanların çoxu İblisin, cinlərin və ya insan cildindəki şeytanların hakimiyyətini və informasiyalarını mənimsəmişlər. Bu həqiqəti Allah Quranda belə ifadə edir:

“İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər. Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (şeytana )belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir.” (Səba, 34/20-21.)

Buna bənzər sual-cavab üçün aşağıdakı linki tuşlayın:

Qurana əsasən cinlər əcnəbi insanlardırmı?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.