İnsana ruhun üflənməsi nə deməkdir?
Müsəlmanlar > Fitvalar > Heyvanlar > Ruh > Xilqət Tarix: 08 Ocak 2018 Tövsiyə et Çap et
Sual: Allahın “bəşərə ruhumdan üflədim” ayəsi (Səcdə, 32/9.) bəşərə sevgi, ağıl, yardımlaşma və s. kimi duyğuların verilməsi olaraq başa düşə bilərikmi?

Cavab: Bu sadalananların hamısı heyvanda da vardır. Allahın insana ruhu üfləməsiylə insanda üç şeyin meydana çıxdığını görməkdəyik:[1]

وَنَفَخَ فِيهِ مِنْ رُوحِهِ ۖ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَا تَشْكُرُونَ

“… ona Öz ruhundan üfürdü. Və sizdə qulaq asma, bəsirət və könül meydana gəldi. Siz necə də az şükür edirsiniz!” (Səcdə, 32/9)

Ayədə altından xətt çəkilən kəlimələr təkcə insanlar üçün işlədilir və təkcə insanlara məxsus xüsusiyyətlərdir.

Yəni, insanlara digər varlıqlardan fərqli olaraq, təkcə eşitmək deyil, qulaq asmaq; gözlə görmək deyil, bəsirət; qəlb deyil, könül vermişdir. İnsan digər varlıqlardan bu keyfiyyətləri səbəbiylə üstündür. Lakin, bunları pis məqsədlərdə istifadə edərsə bu səfər digər varlıqlardan daha aşağı səviyyəyə düşür. Bu barədə Allah belə buyurur:

“Biz insanlardan və cinlərdən bir çoxunu cəhənnəm üçün yaratmış olduq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.” (Əraf 7/179.)

Daha geniş məlumat üçün aşağıdakı video linkə tuşlayın:

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Ənənəçi dinin mənsubları, Allahın Qurandakı kəlimələrin hansını harda işlətdiyini və bu kəlimələrin nə məna ifadə etdiyini bilmədikləri üçün mənasız tərcümələrə yer verirlər. Oxuyucu belə tərcümələrdən də heçbir şey başa düşmür. Məsələn, verilən tərcümə belədir: “…ona öz ruhundan üfürmüş O sizə göz, qulaq və ürək verdi.”

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bəşəriyyət təkcə Adəm və Həvvadan törəyib? 09.01.13 403 dəfə oxundu
2 Bir nəfərin dünyaya ikicinsli gəlməyi mümkündür? 06.04.13 4.659 dəfə oxundu
3 “İnsanın yaradılışından əvvəl çox zaman keçdi” ayəsini necə başa düşməliyik? 02.05.13 1.523 dəfə oxundu
4 İnsanda Allah inancı anadangəlmə olur, yoxsa kəsbi? 14.11.13 1.540 dəfə oxundu
5 Məaric surəsində bəhs edilən 50000 il ifadəsinin mənası nədir? 06.04.15 960 dəfə oxundu
6 “Allah, insanları cəhənnəmlik olsunlar”- deyə yaratdı? 22.08.16 871 dəfə oxundu
7 İnsanlar Adəm və Həvvadan törənib? 24.08.16 627 dəfə oxundu
8 Qaydasız döyüş və boks kimi idman növləri ilə məşğul olmaq olarmı? 21.12.16 693 dəfə oxundu
9 Yaradılış qanunu uşaq yaşda olanlar üçün də qüvvədədirmi? 19.04.14 1.119 dəfə oxundu
10 Cümə günü ölənlərin bir ayrıcalığı varmı? 14.07.17 439 dəfə oxundu
11 İnsanlar Adəmin övladlarının bir-biri ilə evlənməsi nəticəsində çoxaldı? 07.08.09 3.181 dəfə oxundu
12 İnsana ruhun üflənməsi nə deməkdir? 08.01.18 200 dəfə oxundu
13 Şeytan Adəmlə Həvvanı aldatmaq üçün Cənnətə necə daxil oldu? 12.05.11 2.173 dəfə oxundu
14 İnsanla heyvan arasındakı fərq nədir? 15.01.18 234 dəfə oxundu
15 Yaradılışla əlaqədar ayələrdəki 6 gün məfhumu nəyi bildirir? 07.07.11 1.567 dəfə oxundu
16 İblis, Adəmə yoxsa Allaha səcdə etməkdən imtina etmişdi? 16.02.18 172 dəfə oxundu
17 İnsan nə isə yarada bilər? 28.12.09 2.304 dəfə oxundu
18 Adəmdən qabaq hər hansı bir bəşər olub? 26.02.18 179 dəfə oxundu
19 Bəşər və insan sözlərinin məna fərqi var? 29.05.14 1.380 dəfə oxundu
20 Quranda birinci qat səma ilə qəsd edilən yer haradır? 02.03.18 114 dəfə oxundu
21 Xilqətin mənbəyi sudur, yoxsa torpaq? 03.01.13 1.332 dəfə oxundu
22 “Ən zəif ev” 09.03.18 196 dəfə oxundu
23 Adəm və Həvvadan savayı birbaşa torpaqdan xəlq edilən insan var? 05.01.13 1.468 dəfə oxundu