Müsəlmanlar

Xürafələr nə üçün tez yayılır?

Sual: Xürafələr nə üçün tez yayılır?

Cavab: İnsanlar nəfslərinə meylli olduqları üçün çox vaxtı ağlın yönləndirdiyi tərəfə getmirlər. Onlara nəfslərinin istədiyi cazib gəlir. Belələri nəinki həqq yolda yürüməyi, onun nə olduğunu belə bilmək istəmir. Bir çoxu da bilə-bilə batıla dalmışdır. Bunlar barədə Allah:Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?” (Furqan, 25/43.)

Vaxtilə həqiqətlərə qarşı laqeyid olan insanlara Allahın elçisi də çox üzülərdi. Lakin Allah bu onların seçimidir və sən: “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır.”- demişdir. (Qəsas, 28/56).

Xurafələrin tez yayılmasının bir başqa səbəbini bir misalla da izah edərsək; bir xəstəxanaya nə qədər sağlam insan götürsəniz götürün, orada sağlıq yayılmaz. Ancaq bir mikroblu xəstəni götürəndə hər kəsə xəstəliyini bulaşdırır. Bu səbəblə təbiətimizə tərs olan batıl şeylərdən bir bulaşıcı mikrobdan qaçan adam kimi qaçmalıyıq. Necə ki, bir xəstəlik bulaşdıqdan sonra təmizlənməsi çətin olursa, o cümlədən, Allahın kitabına tərs olan ideologiya və məzhəbləri qəbul edən insanı da başa salmaq və ondan qurtarmaq çox çətin olur.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.