Gələcək olan Mehdi kimdi?
Müsəlmanlar > Fitvalar > Mehdi > Xurafat-mövhumat Tarix: 08 Aralık 2017 Tövsiyə et Çap et
Sual: Əvvəlki din mənsubları kimi, müsəlmanlar da bir Mehdinin gələcəyinə inanırlar. Mən bu gələcək Mehdini necə tanıyacam? Quranda bu haqda bir şey varmı?

Cavab: Mehdi, bütün dinlərin ana mövzusu halına gəlmişdir. Qurani Kərimdə bu barədə heç bir məlumat olmamasına baxmayaraq, Qurandan əvvəl və sonra yazılan kitablarda bu barədə çox məlumatlara rast gəlməkdəyik. Bu kitabların hamısında ümumiyyətlə yazılan cümlələr demək olar ki eynidir: “Qiyamətə yaxın son qurtarıcı gələcək, bütün kafirləri öldürüb dünyaya əminamanlıq gətirəcəkdir.”

Bu səbəblə Mehdi ilə əlaqədar mövzu dinimizdə ən çox istismar edilən mövzuların başında yer almaqdadır. Belə bir düşüncənin İslama nüfuzu isə 3-cü əsrdən sonra yayılmağa başladı. Hər nə qədər rəvayətlərdə belə bir düşüncənin peyğəmbər dövründən etibarən mövcud olduğunu desələr də bütün bunlar uydurmadır. Quranda Mehdinin gəlişi ilə əlaqəli heç bir ayə və heç bir səhih hədis yoxdur. Əllərində heç bir əsas olmayan təhrifçi din xadimləri, Nur surəsinin 55-ci ayəsini Mehdinin gəlişinə dəlil kimi yorumlamaqdadır:

“Allah, sizdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da yer üzünün hakimi edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər məhz onlar fasiqlərdir.” (Nur, 24/55.)

Hâlbuki bu ayə açıq-aşkar peyğəmbər dövründə sayısı az və zəif halda olan möminlərin gələcəkdəki halını müjdələməkdədir.[1]

İrəli sürdükləri bir başqa dəlil: “Vaxtilə Biz peyğəmbərlərdən əhd aldıq; səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd aldıq.” (Əhzab, 33/7.)

Bu alınan sözün nə olduğu ayənin davamında və Zümər surəsinin 65-ci ayəsində bildirilməkdədir:

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.”

Bir də elm əhli fəqihlər bunu yaxşı bilirlər ki, hər hansı bir əqidəvi məsələ açıq-aydın nassa[2]/dəlilə əsaslanmalıdır. Yəni iman əsaslarımız, başqa mənaya gəlmə ehtimalını daşımayan, şübhə və tərəddüdə yer verməyən möhkəm/açıq ifadəyə əsaslanan Quran ayələrindən ibarət olmalıdır.

Təəssüf ki, bir çox məsələdə olduğu kimi, xüsusiylə əhli şiə (əhli sünnə də İsa əleyhissəlamın gəlişinə inandırmaq üçün eyni yolu izləmişlər) bu məsələdə Quran aylərini təhrif etmiş və Mehdinin gəlişini iman əsaslarından biri halına gətirmişdir. Bununla yanaşı, əhli şiənin hər firqəsi Mehdi barədə fərqli şeylər iddia etməkdə və hər biri gələcək olan Mehdinin öz imamlarından olacağını iddia etməkdədir. Məsələn;

  • İmamiyyə (Cəfəriyyə) şiəsində gələcək olan son Mehdi: 12-ci imam Əbul-Qasım Muhəmməd əl-Mehdi əz-Zamandır.
  • Zeydiyyə firqəsində gələcək olan son Mehdi: Zeynəlabidinin nəvəsi hətta Zeynəlabidinin özünün təkrar gələcəyini deyilir.
  • İsmailiyyədə gələcək olan son Mehdi: Cəfər əs-Sadiqin digər oğlu İsmayıldır. İmam Cəfər onu gizlətmiş, beləliklə o ölməmiş və insanların başına keçib yer üzünü ədalətlə doldurana qədər ölməyəcəyinə inanmaqdadırlar.
  • Navusiyyə firqəsinə görə Mehdi, İmam Bakırın oğlu İmam Cəfərdir. Hətta onunla əlaqəli belə bir rəvayət uydurmuşlar. Guya imam Cəfər belə demişdir: “Mənim başımın dağdan üstünüzə yuvarlanıb düştüyünü görsəniz belə, inanmayın…” (Şəhristani, “əl-Miləl vən-Nihal”, 151.)

Bunun kimi, hardasa bütün firqələrin hər biri fərqli bir qurtarıcının gələcəyinə, dünyanı qurtaracağına, İsa (ə.s.)-ın gəlib Mehdiyə tabe olacağına və onun arxasında namaz qılacağına, Dəccalı birlikdə öldürəcəklərinə inandırılmışdır. Son peyğəmbərin və əvvəlki imamların tamamlaya bilmədiyi İslam davasını nəhayətə qovuşduracaq şəxsin bu Mehdi olacağını qəbul etmişlər.

Halbuki biz, əvvəlki kitablarda gələcəyi xəbər verilən son Mehdi (Hidayətçi)-nin yəni, Muhəmməd əleyhissəlamın kitapla göndərildiyinə, özü vəfat etsə də kitabının qiyamətə qədər tək Mehdi/hidayət mənbəyi kimi qaldığına şahid olmaqdayıq.[3] Əgər başqa qurtarıcı gözləmədən, firqələrə bölünmədən bu kitaba sarılarsaq,  dünya hakimiyyətinə və axirət səadətinə də qovuşdurar (Nur surəsi 55-ci ayədəki vədiylə peyğəmbər və səhabəsini qovuşdurduğu kimi). Ancaq bu kitabı bir kənara qoyub, başqa Mehdilər, qurtarıcılar, şəfaətçilər və s. axtardığımız müddətcə, dünya və axirətdəki rəzilliklər, fəlakətlər üstümüzdən əksik olmayacaqdır.

Buna bənzər məlumat üçün aşağıdaki video dərsimizə nəzər salın:

https://www.youtube.com/watch?v=wjl0BHlbMDM&feature=youtu.be

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Əgər biz Qurandakı hər hansı bir ayəni ona oxşar, açıqlayan başqa bir ayə ilə birlikdə ələ almadan öz əqidəmiz əsasında yorumlayarsaq, o zaman bizim xaricilərdən, vəhhabilərdən bir fərqimiz qalmaz. Allah Rum surəsində belə bir vədi əvvəlcədən verdiyini bildirməkdədir: “Bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər; Allah istədiyinə köməklik edər. Allah Rəhmlidir. (Budur )Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti (bunu) bilmir.” (Rum, 30/4-6.)

Belə bir vəd, Allah üçün çalışan hər kəsə verildiyi kimi, eyni zamanda Yəhudilərə də verilmişdir. Məsələn, “Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və (vaxtı ilə) sizi aləmlərdən üstün etdiyimi xatırlayın.” (Bəqərə, 2/122.)

[2] Nass, təvilə və yoruma ehtiyacı olmayan açıq ayə, söz və ya mətn.

[3] Necəki, Nəbi əleyhissəlam və səhabə  tək bu mənbəyə sarılaraq, qısa müddətdə dünyaya hakim oldu və bizə ən gözəl nümunə buraxdılar.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qiyamətə yaxın Dəccal adında bir varlıq çıxacaqmı? 15.04.16 1.405 dəfə oxundu
2 Yasin surəsindəki uğursuzluq nədir? 21.04.14 1.805 dəfə oxundu
3 Oxuyub suya üfürmək, bundan şəfa ummaq olar? 30.05.11 2.472 dəfə oxundu
4 Səfər ayına məxsus bir ibadət var? 27.12.11 2.050 dəfə oxundu
5 Evdə 7 fil oyuncağı saxlamaq bərəkəti artırır? 30.12.11 3.298 dəfə oxundu
6 Hamilə qadın saçını düzəltdirə bilər? 02.11.09 3.024 dəfə oxundu
7 İslam dinində vəfq məsələsinə münasibət 20.03.13 1.600 dəfə oxundu
8 İslam dinində uğursuzluğa necə baxılır? 02.11.09 2.676 dəfə oxundu
9 Kandarda oturmaq günahdır? 12.08.13 1.688 dəfə oxundu
10 Aşurə günü bazarlıq 28.12.09 4.795 dəfə oxundu
11 Ayaqları qibləyə sarı uzatmaq olar? 13.08.13 1.904 dəfə oxundu
12 Əlləri torpaqla ovxalayıb yumaq kasıblığa səbəb olur? 16.05.11 2.100 dəfə oxundu
13 Uğurlu-düşərli geyim elementləri və əşyalar ola bilər? 20.08.13 2.070 dəfə oxundu
14 Körpənin göbəyini nə etmək lazımdır? 19.06.11 4.262 dəfə oxundu
15 Xristianlıqda İsa əleyhissəlamın yanında niyə quzu simvolu var? 29.02.16 1.050 dəfə oxundu
16 Körpənin qırxının çıxması məsələsi dində necə qiymətləndirilir? 12.03.10 20.985 dəfə oxundu
17 Qəbirstanlıqlarda radiodan Quranın yayınlanması nə dərəcədə doğrudur? 18.11.16 579 dəfə oxundu
18 Səfər ayında qurulan ailələrin ömrü qısa olur? 12.03.10 2.767 dəfə oxundu
19 Xızır əleyhissəlamın ruhaniyyətindən kömək istənilirmi? 06.03.17 343 dəfə oxundu
20 Ölünün şəklinə baxmaq ona əzab verir? 12.03.10 3.558 dəfə oxundu
21 Cümə günü ölənlərin bir ayrıcalığı varmı? 14.07.17 559 dəfə oxundu
22 Qəbir-nur namazı deyilən bir namaz var? 12.03.10 3.272 dəfə oxundu
23 Rəsulullaha Quran xaricində vəhy gəlibmi? 21.07.17 215 dəfə oxundu
24 Hamilə qadın uşağa süd verə bilər? 21.11.10 6.302 dəfə oxundu
25 Xürafələr nə üçün tez yayılır? 15.12.17 88 dəfə oxundu
26 Hamilə qadın pirə getsə, uşağında xal çıxır? 26.11.10 3.105 dəfə oxundu
27 Gələcək olan Mehdi kimdi? 08.12.17 497 dəfə oxundu