Müsəlmanlar
Müasir dövrdə mülayim İslamdan qəsd edilən nədir?

Müasir dövrdə mülayim İslamdan qəsd edilən nədir?

Sual: Səudi Ərəbistan mötədil İslama keçəcəyini açıqladı. Bu barədəki görüşlərinizi bilmək istəyirik?

Cavab: İslamın mülayimi-sərti, istisi-soyuğu olmaz. Əlbəttə belə bir ifadənin işlədilməsi, onların problemidir. Çünki elə bir din qəbul etmişlər ki, bu dini həyata əks etdirmək çox çətin bir hal aldı. Xüsusiylə qadınların ictimai sahədə fəaliyyət göstərməsi mümkün deyildi. Ərəbistanda qadınların səs verməsi, maşın sürməsi, ictimai yerlərdə işləməsi qadağan edilmişdir. Cümə namazının belə, qadınlara fərz olmadığına fətva verdilər. Son zamanlarda maşın sürməsinə və futbol seyr etməsinə icazə verildi. Halbuki, Rəsulullah dövründə qadınlar hər cür ictimai fəaliyyətlərə hətta savaşa belə qatıldıqlarını hədislərdən öyrənirik. Ancaq sonrakı əsrlərdə din xadimlərinin əksəriyyəti qadınları öz həyatlarını seçmək, özlərinin istədiyini sevmək, evlənmək, küçəyə çıxmaq, oxumaq kimi bir çox haqlardan məhrum buraxmış, onları alınıb satılan əşyaya çevirmişlər.

Əlavə məlumat üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/dusunce-sahesi/5569.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.