- Müselmanlar - http://www.muselmanlar.com -

Dinin geyim-kecimdən ibarət olduğunu güman etmək

Cavab: Əsl mətləbdən uzaqlaşdıqca istər-istəməz bu cür formaçılıq və qəlibçilik meydana gəlir. Öz qrup, dini camaat və yaxud təriqətlərini ön plana çıxardanlar başqalarından fərqli görünmək ehtiyacı hiss edirlər. Bu isə özünü müəyyən geyimlər, müəyyən sözlər, saç, bığ və ya saqqala verilən forma, eləcə də çəlik (əsa) və üzük kimi müəyyən simvollarla büruzə verir. Belə edən insanlar öz daxili dünyalarındakı, necə deyərlər, mənəviyyatlarındakı boşluqları bu cür şeylərlə doldurmağa çalışırlar.

Qısa desək, Quranın və peyğəmbərin buyurmadığı şeyləri din adına təqdim etməyi yaxşı qarşılamaq mümkün deyil.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR [1] © 2004 Bütün hüquqları qorunur.