Müsəlmanlar

Rəsulullaha kitabla bərabər verilən hikmət nədir?

Sual: Bəqərə surəsinin 231 və Nisə surəsinin 113-cü ayələrində kitabla bərabər hikmətin də nazil olduğu bildirilir. Rəsulullaha nazil olan hikmət nədir? Bu barədə məlumat verə bilərsizmi?

Cavab: Nəbilərə kitab verilir. Onlara verilən kitabın içərisində hikmətin olması səbəbiylə kitabla birlikdə hikmətin də nazil olduğu buyrulur. Kitabın və hikmətin nazil olması və verilmiş olmasının mənası budur. Bu, eynilə dünyaya gələnə, yaşamaq haqqı ilə birlikdə yer üzündəkilərin hamısının da verilməsi kimidir. İnsan cəhd etmədən yaşayarsa, təkcə kənddə yaşamış və orda ömrünü bitirmiş olur. Ancaq cəhd edərsə, dünyadakı hər şey onun istifadəsinə verilir. Uca Allah belə buyurur:

 وَاذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ وَمَا أَنزَلَ عَلَيْكُمْ مِّنَ الْكِتَابِ وَالْحِكْمَةِ يَعِظُكُم بِهِ

“Allahın sizə olan nemətlərini və sizə öyüd vermək üçün nazil etdiyi kitabı və hikməti yadınıza salın!” (Bəqərə, 2/231)

Görüldüyü kimi ayədə ərəbcə “bihima” deyil, “bihi” ifadəsi işlədilir. Yəni, kitab və hikmətdən bəhs edildikdən sonra bu ikisi birlikdə “o” deyə ifadə edilmişdir. Buradan da yola çıxaraq, kitab və hikmətin bir birindən ayrı şeylər olmadığı başa düşülməkdədir. Ayədə keçən kitab, Quranı Həkimdir. Hikmət də Qurandakı hökmlərdir. Rəsululahın sünnəsi, onun Qurandan çıxardığı doğru hökmlər və bunların tətbiqidir. Bunlar, ayrı bir vəhylə ona nazil olmuş şeylər deyildir. 

Hikmətin nazil olması. 

وَأَنزَلَ اللّهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمُ وَكَانَ فَضْلُ اللّهِ عَلَيْكَ عَظِيمًا

Allah sənə Kitabı və hikməti nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür.” (Nisə, 4/113)

İnsanlar, kitabın və içindəki hikmətin nazil olmasıyla daha əvvəl bilmədikləri şeyləri öyrənirlər. Bu, onları təkmilləşdirir. Kevni (yaradılmış) ayələr üzərində çalışıb, uca Allahın təbiətə bəxş etmiş olduğu hikmətləri əldə edənlər müəyyən irəliləyiş göstərirlər.

Hikmətin oxunması.

Hikmət yəni, doğru hökmlər vəhy olunan ayələrin içərisində olduğu üçün ayələrin oxunması halında hikmət də oxunmuş olur. Bu yöndən aşağıdakı ayə mühümdür:

وَاذْكُرْنَ مَا يُتْلٰى ف۪ي بُيُوتِكُنَّ مِنْ اٰيَاتِ اللّٰهِ وَالْحِكْمَةِ اِنَّ اللّٰهَ كَانَ لَط۪يفًا خَب۪يرًا

“Evlərinizdə oxunan Allahın ayələrini və hikməti zehninizə yerləşdirin. Həqiqətən, Allah Lütfkardır, (hər şeydən) Xəbərdardır.” (Əhzab, 33/34).

Bənzər bir ayədə kitabın və hikmətin oxunmasından belə bəhs edər:

ذٰلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ الْاٰيَاتِ وَالذِّكْرِ الْحَك۪يمِ

“Bunları sənə ayələrdən və doğru hökmləri ehtiva edən hikmətli Zikrdən oxuyuruq.” (Əli-İmran, 3/58.)

Hikmətin Vəhy olunması. 

Uca Allah, ayələr arası əlaqələri göz önündə tutaraq, insanların əldə edə biləcəkləri hikmətlərdən bir qismini kitabda bildirmişdir. Bunlar, hikmətin vəhyi olaraq təqdim olunur. İsra surəsinin 22-ci ayəsindən etibarən uca Allah, şirk qoşmamaq, ana-ataya yaxşı davranmaq, əqrabaya və ehtiyac sahiblərinə haqlarını vermək, israf etməmək, xəsislik etməmək, gözəl söz söyləmək, zinaya yaxınlaşmamaq, adam öldürməmək, bilmədiyin şeyin arxasına düşməmək, kibirlənməmək barədə əmr, qadağa və tövsiyələr verməkdədir. İsra 39-da isə bunların vəhy olunan hikmət olduğu belə bildirilməkdədir:

ذَلِكَ مِمَّا أَوْحَى إِلَيْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ وَلاَ تَجْعَلْ مَعَ اللّهِ إِلَهًا آخَرَ فَتُلْقَى فِي جَهَنَّمَ مَلُومًا مَّدْحُورًا

“Bunlar, Rəbbinin sənə vəhy etdiyi hikmətlər (doğru hökmlər)dir. Allahın yanında bir başqa ilah tutma; yoxsa aşağılanmış və qovulmuş olaraq cəhənnəmə atılarsan.”

Mənbə: Dr. Fatih Orum, Hikmət, Süleymaniyə Vəqfi Yayınları, İstanbul, 2017.

Hikmət barədə ətraflı məlumat üçün aşağıdakı linki tuşlayın:

Hikmət