Müsəlmanlar

Məshi çıxaranda dəstəmaz pozulurmu?

Sual: Məshi çıxaranda dəstəmaz pozulurmu?

Cavab: Quranda dəstəmazı pozan hallar bunlardır: Ayaqyolu ehtiyacları “Böyük və ya kiçik), Yuxu və Qaz çıxarmaq.

Bunların xaricində dəstəmazı pozan hallar yoxdur. O cümlədən üstünə məsh edilən çorabı çıxarmaq və ya corabdan qalın olan və adına məsh dedikləri məshi çıxarmaqla dəstəmaz pozulmaz. Pozulur deyənlərin sağlam dəlilləri də yoxdur.

Rəsulullah Maidə surəsinin 6-cı ayəsi nazil olana qədər ayağını yumuşdu. Bu ayədən sonra yumaq şərti qaldırılmış və dəstəmaza asanlıq gətirilmişdir. Məsh etmək isə dəstəmazın şərtlərindən sayılmışdır. Rəsulullah ləpiklərinin üstünə belə məsh edərdi. Namaz qılanda isə çox vaxtı ləpiyini çıxarırdı.

Məsh haqqında əlavə məlumat üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6220.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.