Müsəlmanlar

Məkkə cəmiyyətinin ataları xəbərdar edilməmişdi?

Sual: Məkkə cəmiyyətinin ataları xəbərdar edilməyib?

Cavab: Allah Təala, Məkkəlilərə ümmilər deyir. İsmayıl əleyhissəlamla aralarında uzun bir zaman fərqi olsa da onlara kitab verilmişdir. Lakin verilən kitab itirildiyi üçün və cəmiyyət verilən kitabdan xəbərsiz qaldıqları üçün bunlara “ümmi”- deyilir. Qurani Kərimdə “Kitab verilənlərə və bir də ümmilərə de!”[1] Burada qəsd edilən ümmilər, Məkkə müşrikləridir. Bilavasitə, Məkkəlilərin keçmişlərində nəbi var amma əllərində kitab yoxdur. Bu səbəblə Yasin surəsinin 7-ci ayəsində ifadə edilən: “Ataları xəbərdar edilməmiş bir cəmiyyəti xəbərdar etmək üçün nazil olmuşdur.”- sözü ilə, əllərindəki kitab itirildiyindən bu yana xəbərdar edilməyən bir cəmiyyətdən bəhs edilir.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Əli-İmran, 3/20.