Müsəlmanlar

Dövlətin dini olurmu?

Cavab: Dövlətin dini olmaz. Dövlətin inananı ya da inanmayanı olmadığı kimi nə namazı nə də orucu olmaz. İnsanların iman edəni ya da küfr edəni olur. Hər bir insan Allahın əmr və qadağalarını ilk əvvəl öz nəfsində tətbiq etməyi bacarmalıdır. Əlimizdən gəldiyi qədər digər insanları da haqqa təşviq edəcəyik. Bundan sonra idarə və təşkilatlara insanlığın xeyrinə olan əmr və qadağaları tətbiq etmələri təklif edilir. Qəbul edib etməmələri onların problemidir. Biz öz gücümüz ölçüsündə olanlardan məsuliyyət daşıyırıq. Dövlət isə, qəbul edənlərin də və etməyənlərin də o cümlədən, müxtəlif fikirlərə və mədəniyyətlərə sahib insanların hüquqlarını qorumağa çalışan bir təşkilatdır.

Əlavə məlumat almaq istəyənlər “Din və Dövlət münasibətləri” kitabımızı aşağıdakı linkdən oxuya bilərlər: http://www.muselmanlar.com/kitablar/5823.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.