Müsəlmanlar

Əlimizdəki imkanları, malı necə dəyərləndirəcəyik?

Sual: Əlimizdəki imkanları və ya malı necə dəyərləndirəcəyik?

Cavab: Hər kəsin mütləq bir yerdə bir fəaliyyəti ya da sexi olmalıdır. İnsanların çoxu təəssüf ki, kapitalizmin təsiriylə istehsalçı deyil, istehlakçı/tükədici halına gəldi. Kənddəkilərin belə, kənddə yaşamaqlarına baxmayaraq, nə toprağı, nə mal-qarası nə də bağı-baxçası yoxdur. İnsanların kiçik bir qismi istehsal edir, böyük bir qismi isə xərcləyir/yeyir.

Artıq yeni bir dünya düzəni qurulmalı və insanların iş anlayışı, dünyaya baxışı dəyişilməlidir. Hər kəs öz gələcəyini dövlətə, onun verdiyi pensiyaya ya da istehsalçıya baxaraq tənzimləməməli, öz istehsalını və fondunu özü qurmalıdır. Bir yerin fəhləsi olduğu zaman başqa bir yerdə öz işinin ağası olması lazımdır.

Bu səbəblə, pulu ya da imkanı olanlar öz sərmayələrini hər hansı bir bankaya ya da evin bir küncündə deyil, faydalı bir iş üçün yatdırması və xərcləməsi lazımdır. Özü bacarmırsa, bacaran və güvənən bir adama verib, şərikliyinə dəyərləndirməlidir.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.