- Müselmanlar - http://www.muselmanlar.com -

Bank vasitəsiylə pul köçürmək olarmı?

Cavab: Pul köçürmək əməliyyatlarında bir problem yoxdur. Bunlar, sizə xidmət qarşılığında alınan haqlardır. Çek, həvalə/pul transferi, əmanət, EFT və sairə kimi əməliyyatlar bank xidmətlərindən sayılır. Banklar bu xidmətlərin müqabilində faiz almırlar; xidmət haqqı/komissiya məbləği alırlar. Buna görə də bu xidmətlərdən istifadə məsələsində bir eyib yoxdur.

Nəticə olaraq, bir daha deyim ki, bank xidmətlərinə hər bir iqtisadi sistemdə ehtiyac vardır və müasir dövrümüzdə bunlar olmadan işlərinizi görə bilməzsiniz.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ [1] elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] [2] email adresindən yollaya bilərsiniz.